Zənzibar boğazı – Afrikanın cənub-şərqində, Zənzibar adasını Tanzaniyanın materik hissəsindən ayıran boğaz. Tanzaniyanın paytaxtından 400 kilometr məsafədə yerləşir. Zənzibar şəhəri və limanı boğazın sahilindədir.
Təsviri və xüsusiyyətləri Boğaz Afrikanın sahil şelfində yerləşir. Uzunluğu təxminən 100 kilometrə, eni 40 kilometrə, dərinliyi 40 metrə qədərdir. Boğazın ucqarlarında dərinlik 1000 metrə çatır. Son buzlaşma dövründə boğazın dərinliyi mövcud səviyyədən 121 ± 5 m az idi. Orta qabarma və çəkilmənin hündürlüyü 4 metrdir.
Suyun temperaturu fəsildən asılı olaraq 24 ° C ilə 30 ° C arasında dəyişir. Boğaz ətrafında olan körfəzdə mərcan qayaları vardır.
Boğazın cənub girişində, Dar-əs-Salamdan 22 km cənubda, Ras Kanzi burnundakı materik sahilində bir mayak vardır. Boğaz yerli sosial və iqtisadi fəaliyyətlər üçün olduqca vacibdir.
İqlim Zanzibar boğazı iki yağışlı mövsümlə ilə xarakterizə olunan tropik bir iqlimə malikdir. İstinadlar
Kateqoriya:Hind okeanının boğazları Kateqoriya:Afrika boğazları