4-cü Ordu Korpusu — Bakı korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Bakı və Abşeron yarımadasında yerləşir. Hazırda korpusa general-mayor Akif Pirverdiyev rəhbərlik edir.

Tarix Korpus üç motoatıcı briqadadan ibarətdir. Digər hərbi korpuslardan fərqli olaraq, korpusun rolu əsasən strateji ehtiyat kimi xidmət etməkdir. Nəticə baxımından Quru Qoşunlarında olan ən kiçik korpusdur. 3-cü Ordu Korpusu kimi 1-ci Ordu Korpusu sıralarını doldurmaq üçün istifadə edilir. 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başlanğıcında Azərbaycan ehtiyatda olanlar səfərbər edilərək 4-cü korpusdan cəbhə xətti boyunca altı əlavə motoatıcı briqadası düzəldilir. Azadlıq meydanında keçirilən 2020-ci il Bakı Qələbə Paradında korpus polkovnik İlham Məmmədovun rəhbərlik etdiyi bir parad kontingenti ilə təmsil olunmuşdur.

Komandanları General-leytenant Rövşən Əkbərov (may 1998 – 23 noyabr 2020) General-mayor İlqar Lətifov (: noyabr 2020-ci ildən) General-mayor Münasib Babayev (oktyabr 2024-cü ilədək) General-mayor Akif Pirverdiyev (aprel 2025-ci ildən)

İstinadlar

Kateqoriya:Azərbaycan ordu korpusları Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar