Əfqan Vəli oğlu Nağıyev () — Azərbaycan hərbçisi, general-leytenant (2018), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini (2020-ci ildən).
Həyatı Əfqan Vəli oğlu Nağıyev 1 oktyabr 1966-cı ildə anadan olmuşdur. 1983-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur.
Əfqan Nağıyev 2012–2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmişdir. 2020-ci ildən Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavinidir.
Əfqan Nağıyevə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 14 avqust 2012-ci ildə general-mayor, 16 avqust 2018-ci ildə isə general-leytenant ali hərbi rütbələri verilmişdir.
Təltifləri "Qarabağ" ordeni — 9 dekabr 2020 2 dəfə "Azərbaycan Bayrağı" ordeni — 30 iyul 2004, 17 avqust 2023 "Hərbi xidmətlərə görə" medalı — 18 avqust 2008 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 14 avqust 2026 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 15 avqust 2014 "Vətən uğrunda" medalı — 14 avqust 2009 "Cəbrayılın azad olunmasına görə" medalı — 24 dekabr 2020 "Zəngilanın azad olunmasına görə" medalı — 25 dekabr 2020 "Füzulinin azad olunmasına görə" medalı — 24 iyun 2021
İstinadlar
Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan sərhədçiləri Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları