Miloş Milutinoviç (; ) — hücumçu mövqeyində çıxış etmiş Serbiya peşəkar futbolçusu və Yuqoslaviya məşqçisi.
Milutinoviç ölkəsinin futbol tarixinin ən istedadlı oyunçulardan biri və bütün zamanların ən istedadlı cinah hücumçularından/hücumçularından hesab olunur. O, nümayiş etdiyu bacarıqlarına görə "Plava Çiqra" ləqəbini qazanmışdır.
Klub karyerası Milutinoviç karyerası boyunca Bor, Partizan, OFK Belqrad, Bayern Münhen, Paris və Stad Franse klublarında çıxış etmişdir. Çempionlar Kubokunun 1955/1956 ilk mövsümünün ilk oyununda Sportinq Lissabonun qapısına 2 qol vuraraq Partizana 3–3 hesablı heç-heçə qazandırmışdır, Belqrada keçirilən cavab oyunda isə 4 qol vuraraq Partizanın 5–2 hesablı qələbəsində böyük pay sahibi olmuşdur. Dörddəbir final qarşılaşmasının cavab oyununda turnirin qalibi Real Madridə 2 qol vursa da yekunda hesab 3–0 ilə bitmişdir, Real Madrid ilk oyunda 4–0 hesabı ilə qələbə qazandığından futoblçunun klubu turniri tərk etdi.
O, Partizanın heyətində 213 oyunda 231 qol vurmuşdur və onunla iki dəfə (1954 and 1957) Yuqoslaviya kubokunun qalibi olmuşdur. Sonradan o, öncə OFK Belqrad və daha sonra Bayern Münhen klubuna transfer olundu. 1959-cu ildə davam edən ağciyər problemləri səbəbindən əməliyyat olundu. Fransada oynamağa başlamazdan əvvəl o, bir il Almaniyada qaldı.
Milli yığma karyerası Yuqoslaviya milli futbol komandasının heyətində 1951-ci ildə U-19 yarışının qalibi olmaqla yanaşı turnirin "Ən yaxşı oyunçu"su adına layiq görüldü və 4 qolu sayəsində turnirin bombardiri oldu. Əsas millinin heyətində o, 21 may 1953-cü ildə 5–2 hesablı qələbə ilə bitən Uelsə qarşı oyunda çıxış etdi.
Ümumlikdə 33 dəfə millinin formasını geyinən Miloş Milutinoviç ölkəsini 1954 və 1958 Dünya Kuboku yarışlarında təmsil etmişdir. #TarixYerRəqibHesabNəticəYarış1.8 noyabr 1953Şəhər stadionu, Skopye1–01–01954 FİFA Dünya Kuboku seçmə mərhələsi2.16 iyun 1954Olimpik de la Pontez, Lozanna1–01–01954 FİFA Dünya Kuboku3.25 sentyabr 1955YXO stadionu, Belqrad1–03–1Yoldaşlıq oyunu4.19 oktyabr 1955Dalimaunt Park, Dublin0–11–4Yoldaşlıq oyunu5.0–26.1–37.30 oktyabr 1955Ernst-Happel StadionuPrater stadionu, Vienna1–12–1Yoldaşlıq oyunu8.9 sentyabr 1956YXO stadionu, Belqrad1–04–2Yoldaşlıq oyunu9.2–010.3–011.12 may 1957Maksimir stadionu, Zaqreb2–06–1Yoldaşlıq oyunu12.4–013.15 sentyabr 1957YXO stadionu, Belqrad3–33–3Yoldaşlıq oyunu14.17 noyabr 1957YXO stadionu, Belqrad1–02–01958 FİFA Dünya Kuboku seçmə mərhələsi15.2–016.11 may 1958YXO stadionu, Belqrad1–05–0Yoldaşlıq oyunu
Məşqçi karyerası Futbolçu karyerasını bitirdikdən sonra Milutinoviç məşqçilik etməyə başladı və məqşçi olduğu klublar arasında OFK Belqrad, Duboçitsa (Leksovats), Proleter (Zrenyanin), Atlas, Beşiktaş, Altay İK, Velej (1981-ci ildə ölkə kuboku və Balkan Kubokunun qalibi oldu), Partizan Belqrad (1983-cü ildə ölkə çempionatını qazandı) yer alır, bundan əlavə o, Yuqoslaviya milli futbol komandasının da baş məşqçisi olmuşdur.
Şəxsi həyatı thumb|Milutinoviç qardaşları. Soldan sağa: Milorad, Miloş, Bora. Məşhur futbol məşqçisi Bora Milutinoviç onun qardaşı idi, digər qardaşı Milorad Milutinoviç isə 1958 FİFA Dünya Kubokunda onun komanda yoldaşı olmuşdur. 2006-cı ildə başa tutan müsahibəsində keçmiş komanda yoldaşı Draqoslav Şekularats: "Miloş Milutinoviç bir oyunçu olaraq 9/10, insan olaraq isə 29/10" olduğunu söyləmişdir.
O, 23 yanvar 2003-cü ildə 69 yaşında Belqradda vəfat etdi. Oğlu Uroş (o da futbolçu idi) 2015-ci ildə vəfat etdi.
Mükafatları
Oyunçu kimi Partizan
Yuqoslaviya kuboku: 1954, 1956–57
Məşqçi kimi Velej
Yuqoslaviya kuboku: 1980–81 Balkan Kuboku: 1980–81
Partizan
Yuqoslaviya Birinci Liqası: 1982–83
İstinadlar
Xarici keçidlər
reprezentacija.rs saytında profili
Kateqoriya:Serbiya futbolçuları Kateqoriya:Serbiya futbol məşqçiləri Kateqoriya:Yuqoslaviya futbol məşqçiləri Kateqoriya:1954 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1958 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Yuqoslaviya futbolçuları Kateqoriya:Yuqoslaviya milli futbol komandasının oyunçuları Kateqoriya:Bor FK futbolçuları Kateqoriya:Partizan Belqrad FK futbolçuları Kateqoriya:OFK Belqrad futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:Stad Franse FK futbolçuları Kateqoriya:Yuqoslaviya Birinci Liqası futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:Yuqoslaviya Birinci Liqası məşqçiləri Kateqoriya:OFK Belqrad məşqçiləri Kateqoriya:Atlas FK məşqçiləri Kateqoriya:Beşiktaş PFK məşqçiləri Kateqoriya:Velej FK məşqçiləri Kateqoriya:Partizan Belqrad FK məşqçiləri Kateqoriya:Yuqoslaviya milli futbol komandasının məşqçiləri Kateqoriya:Altay İK məşqçiləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Serbiyanın kişi futbolçuları Kateqoriya:Legioner Serbiya futbolçuları Kateqoriya:Rasinq Paris FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının bombardirləri Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Bundesliqa futbolçuları