Sergey İliç Yakuşev (; ) — sovet teatr aktyoru, Azərbaycan SSR (1959) və Tacikistan SSR (1945) xalq artisti, Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı.

Həyatı Sergey Yakuşev -cu ildə Həştərxanda fəhlə ailəsində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1931-ci ildə Moskva "Lensovet" teatrında başlamış, 1933-cü ildə Dövlət Teatr Sənəti İnstitutunu (GİTİS) bitirmişdir. 1934–1935-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1936–1948-ci illərdə Leninqrad, Stalinabad, İrkutsk teatrlarında fəaliyyət göstərmişdir. 1948-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor, 1959–1968-ci illərdə direktor, 1968-ci ildən isə yenidən aktyor işləmişdir.

Sergey Yakuşev 1942-ci ildən Sov. İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, eləcə də xalq maarifi, elm və mədəniyyət komissiyasının üzvü seçilmişdir.

Sergey Yakuşev 30 aprel 1995-ci ildə Bakıda vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 iyun 1959 "Tacikistan SSR xalq artisti" fəxri adı — 28 aprel 1945 "Tacikistan SSR əməkdar artisti" fəxri adı — 1939 "Qırmızı əmək bayrağı" ordeni — 1970 "Xalqlar Dostluğu" ordeni — 24 sentyabr 1980 "Şərəf nişanı" ordeni — 1941

İfa etdiyi əsas rollar Rol Tamaşa Müəllif Əli bəy Vaqif Səməd Vurğun Kirov Şərqin səhəri Ənvər Məmmədxanlı Lenin Kreml saatı Nikolay Poqodin Lenin Üçüncü patetik Nikolay Poqodin Lenin Altı iyul Mixail Şatrov Repetilov Ağıldan bəla Aleksandr Qriboyedov Rasplüyev Tarelkinin ölümü Aleksandr Suxovo-Kobılin Protasov Canlı meyit Lev Tolstoy Optimistenko Hamam Vladimir Mayakovski Seryogin İrkutsk əhvalatı Aleksey Arbuzov Karandışev Cehizsiz qız Aleksandr Ostrovski İvan Vasilyeviç İvan Vasilyeviç Mixail Bulqakov Arkadi Kirsanov Atalar və oğullar İvan Turgenev Toni Lamkin Səhvlər axşamı Oliver Qoldsmit Luka Həyatın dibində Maksim Qorki Mixail Zıkovlar Maksim Qorki Kreon Antiqona Jan Anuy Kuritsın Direktor Samuil Alyoşin Moskatel Məhəbbət zarafat sevmir Pedro Kalderon Hərbçi Kuraj ana və övladları Bertolt Brext

Filmoqrafiya 1956 — Qara daşlar — neft kəşfiyyatçısı 1957 — Mahnı belə yaranır (epizod) 1961 — Bizim küçə (epizod) 1969 — Dəli Kür (epizod) 1942 — Dəmir mələk ()

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri