Cənub-qərbi Finlandiya (; ) — Finlandiyanın vilayətidir. Bu vilayət Satakunta, Pirkanmaa, Kanta-Hyame, Uusimaa və Aland ilə əhatələnib.

Coğrafiyası Cənub-qərbi Finlandiyanın təbiəti digər bölgələrdən fərqlənir. Ən diqqətəlayiq biotoplar Arxipelaq dənizi və meşələrdir. Finlandiya böcək növlərinin 80%-nə Cənub-qərbi Finlandiyada rast gəlinir. Sahil yaxınlığında təxminən 20.000 ada var.

Cənub-qərbi Finlandiyanın ən cənub nöqtəsi və ən cənubda məskunlaşılan adası Utyodur. Ən yüksək nöqtə Kiikalada 164 metrdir.

Rayonlar Vilayət 5 rayondan və 27 kommunadan ibarətdir. Onlardan 11-i şəhər statusuna malikdir. (Qalın şriftlə göstərilib)

Abolandiya–Turunmaa rayonu: Kimitoyon (7,116) Parqas

Salo rayonu: Salo Somero

Turku rayonu: Kaarina Liyeto (16,717) Masku (9,577) Mynyamyaki (8,045) Naantali Nousiyaynen (4,866) Paymiyo Raysiyo Rusko (5,870) Sauvo (3,043) Turku

Loimaa rayonu: Aura (3,967) Koski Tl (2,447) Loimaa Marttila (2,004) Oripyaa (1,427) Pyoytya (8,485)

Vakka-Suomi rayonu: Kustavi (892) Laitila Pyuhyaranta (2,200) Taivassalo (1,687) Uusikaupunki Vehmaa (2,357)

Əhali 2018-ci ildən etibarən, Cənub-qərbi Finlandiya 478.582 nəfər əhalisi ilə Uusimaa və Pirkanmaadan sonra Finlandiyanın üçüncü ən çox məskunlaşılmış vilayəti oldu.

İstinadlar

Xarici keçidlər

South Finland EU Office

Kateqoriya:Finlandiyanın vilayətləri