Vaqif Buduqlu və ya əsl adı ilə Vaqif Ziyəddin oğlu Piriyev () — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1989), professor, Əməkdar elm xadimi.

Həyatı Vaqif Buduqlu 13 sentyabr 1938-ci ildə Quba rayonunun Buduq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1972-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: "07.00.02 – Vətən tarixi".

2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 7 dekabr 2009-cu ildə prezident İlham Əliyev tərəfindən ona Əməkdar elm xadimi adı verilmişdir. "The Cambridge History of Turkey" əsərində ona istinad edilmişdir.1. Fleet K, ed. The Cambridge History of Turkey. Cambridge University Press; 2009. Page 115, 456. 25 avqust 2010-cu ildə vəfat etmişdir.

Əsas elmi nailiyyətləri Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 130, 11 monoqrafiya Xaricdə çıxmış elmi əsərlərin sayı: 20 Hülakular və Cəlaililər dövlətinin tədqiqi sahəsində 2 kitab və 80-dən artıq elmi məqalə nəşr etmişdir. XIII-XIV əsrlərə dair fars dilli mənbələrin azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş və 5 tərcümə əsəri nəşr olmuşdur. Azərbaycanın orta əsrlər tarixi-coğrafiyası üzrə tədqiqatlar aparmış və bu fənnin tədrisi ilə məşğul olmuşdur. Son illərində əsas diqqətini Naxçıvanın orta əsrlər tarixinin öyrənilməsinə yönəltmiş və bu sahədə 1 kitabça, 10-dan artıq elmi məqalə və "Naxçıvan Ensiklopediyası" üçün 40-a qədər məqələ yazmışdır. Azərbaycan şəhərləri tarixinin tədqiqi ilə məşğul olur.

Əsas elmi əsərləri Azərbaycan hülakular dövlətinin tənəzzülü dövrundə. Bakı, "Elm", 1978, 10, 25 ç.v. Buduq və buduqlular. Bakı, Sabah, 1994, 6, 5 ç.v. Azərbaycanın tarixi. 7cilddə. III cild, Bakı, "Elm", 1999, 49 ç.v. (şərikli) Azərbaycanın tarixi. Ali məktəblər üçün dərslik. Bakı, ADN, 1994, 49 ç.v. (şərikli) Azərbaycanın tarixi coğrafiyası. Dərs vəsaiti, Bakı, Araz, 2002, 10 ç.v. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, Sabah, 2003, 30 ç.v. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, "Müəllim" nəşriyyatı, 2006

İstinadlar

Kateqoriya:Buduqlular Kateqoriya:Azərbaycan tarixçiləri