Filippin timsahı () — əsl timsahlar sinfinin nisbətən kiçik növü. Yalnız Filippində yaşayır. Əvvəllər Yeni Qvineya timsahının bir yarımnövü sayılırdı. Bu növün erkəkləri maksimum 3,1 m uzunluğa çatır, dişilər isə bir qədər kiçikdir. Sakit okean bölgəsindəki bir çox digər timsahlarla müqayisədə geniş ağıza və böyük pulcuqlara sahibdir. Bu növ olduqca aqressivdir. Baxmayaraq ki, kiçik ölçüsü və yaşayış yerlərinin insan məskənindən uzaq olması səbəbindən insanlara hücumu çox nadirdir. Çoxalma strategiyası baxımından Yeni Qvineya timsahına bənzəyir və qapalı su hövzələrində yerləşməyə üstünlük verir. Digər əsl timsahlar kimi, Filipin timsahı da heyvanın ölçüsü və yaşına görə dəyişən çox müxtəlif bir pəhrizə sahibdir. Gənc timsahların pəhrizinə ilbizlər, krevetlər, iynəcələr, digər onurğasızlar və kiçik balıqlar daxildir. Eyni zamanda böyüklərin pəhrizində donuzlar, itlər, ilanlar, iri balıqlar və quşlar qeyd edilir.

Filippin timsahı təhlükədə qarşısındadır. Onu ovlamaq qəti qadağan olsa da, yaşayış yerlərinin azalması və brakonyerlik (həm timsahların özləri, həm də ovları ilə əlaqəli) sayında azalmaya səbəb olur. Hal-hazırda bu növün populyasiyası 200 fərdi keçmir.

İstinadlar

Xarici keçidlər

crocodilian.com: Crocodylus mindorensis Filippin timsahı (zooclub.ru) Crocodylus mindorensis

Kateqoriya:Timsahlar Kateqoriya:1935-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər