Argentina zirehlisi (Gardner, Alfred (16 November 2005). Wilson, Don E., and Reeder, DeeAnn M., eds. ed. Mammal Species of the World (3rd ed.) . Baltimore: Johns Hopkins University Press, 2 vols. (2142 pp.). pp. 96. ISBN 978-0-8018-8221-0. OCLC 62265494.) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Kaktuslar və tikanlı kollar bürümüş quru çöllüklər və düz qumlu ərazilərin yayıldığı mərkəzi Argentinada aşkarlanmışdır.
Ümumi məlumat Argentina zirehlisi quyruq istisna olmaqla, 90–115 mm-ə qədər böyüyür. Solğun çəhrayı və ya çəhrayı rəngdə olması ilə fərqlənirlər. Qorxduqda bir neçə saniyədə özünü tamamilə torpağa basdıra bilirlər.
Gecə heyvanıdır. Qarışqa yuvalarına yaxın quru torpaqda kiçik çuxurları qazırlar. Əsasən qarışqa və ya sürfələri ilə qidalanırlar. Həm də bəzən qurdlar, ilbizlər, böcəklər və onların sürfələri ilə yanaşı bitki kökləri də qidalana bilirlər.
Argentina zirehlisi vaxtının çoxunu yeraltında keçirirlər. Həyat tərzinə görə kisəli köstəbəyə bənzər bir həyat sürürlər. Böyük ön pəncələri ilə heyvan qumu qazır və suda üzə bilir. Argentina zirehlisinin gövdəsi torpedoya bənzəyir. Başı qumdan qorunmaq üçün üzəri zirehlə örtülmüşdür.
Qoruma statusu 1996-cı ildə Beynəlxalq Təbiəti Qoruma Birliyi bu növü "nəsli kəsilməkdə olan" kateqoriyasına aid etmişdirSuperina, M., Abba, A., Vizcaino, S., Porini, G., Meritt, D. & Memberse of the IUCN SSC Edentate Specialist Group (2008). Chlamyphorus truncatus . In: IUCN 2008. IUCN Red List of Threatened Species. Downloaded on 30 December 2008.. 2006-cı ildə Argentina zirehlisi onsuz da "Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar" kimi xarakterizə olunurdu, bu da az təhlükə deməkdir. 2008-ci ildən bəri "Haqqında məlumat olmayanla" kimi xarakterizə olunur, lakin qeyd olunur ki, bu növ üçün təhlükə əsasən qismən mal-qara yetişdirilməsi ilə əlaqəli yaşayış mühitinin məhv olmasıdır.
Mənbə Argentina zirehlisi (Chlamyphorus truncatus) — Brem ensiklopediyası. Характеристика плащеносный броненосеца на сайте Службы Рыбных Ресурсов и Дикой Природы США "Chlamyphorus" cinsinin xüsuasiyyətləti, "Armadillo Online" saytında Страница об этом виде на сайте Аргентинского Института Исследований Аридных Зон
İstinadlar
Kateqoriya:Armadillər Kateqoriya:Argentina məməliləri Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər Kateqoriya:Məməlilərin cinsi