Kokos adaları bayrağı — 2003-cü ildə yaradılmış və 2004-cü il 6 apreldə qəbul edilmişdir.Bayrağın dizayneri Mohammed Minkomdir.

Dizayn Bayraq yaşıl fondadır. Yuxarı sol küncdə sarı rəngli dairə yerləşdirilmişdir. Ölkənin adına istinad edilərək dairənin içində Palma ağacı var. Bayrağın mərkəzində adada yaşayan malay xalqını təmsil edən sarı rəngli ay var. Bayrağın dalğalanan tərəfində, Cənub Xaçı bürcü yerləşdirilmişdir. Bu bürcün yerləşməsi adanın cənub yarımkürəsindəki yerini simvollaşdırır.

İstinadlar

Həmçinin bax Malaylar

Kateqoriya:Ay-ulduzlu bayraqlar Kateqoriya:Cənub Xaçı bayraqları Kateqoriya:Müsabiqə ilə qəbul edilmiş bayraqlar Kateqoriya:Asılı olan ərazilərin bayraqları