Duçento ( — iki yüz) — mədəniyyyət və incəsənət tarixində italyan intibah incəsənətinin inkişafında müəyyən dövrü — XIII əsri göstərmək üçün istifadə edilən addır. Duçento protorenessansın başlanğıcı hesab edilir.
Treçento kimi duçento da, italyan incəsənətinin inkişafında böyük rol oynayıb. Bu keçid dövründə gələcək intibah incəsənətinin yüksəlişi hazırlanmış, antikliyə xüsusi maraq yaranmış, insanı şüurlu və düşünən şəxsiyyət kimi görməyə başlamışdılar. Duçento dövründə memarlıq, rəssamlıq və heykəltəraşlığın inkişaf templəri üst-üstə düşmürdü. Hər şeydən əvvəl duçento, heykəltəraşlıqda — daha dəqiq desək Nikkolo Pizano və onun tələbəsi Arnolfo di Kambionun əsərlərində üzə çıxmışdı. Lakin duçentonun aparıcı incəsənət növü memarlıq idi.
Həmçinin bax treçento kvattroçento Çinkveçento seiçento
Qeydlər
Ədəbiyyat
Xarici linklər Saeculi XIII — Tempus magnum XIII əsr Qərbi Avropalıların məişət həyatının tarixi yenidən qurulmasına həsr olunmuş sayt.
Kateqoriya:İntibah dövrü Kateqoriya:İtaliya incəsənəti Kateqoriya:Mədəniyyət tarixi Kateqoriya:İtaliya tarixi Kateqoriya:XIII əsr Kateqoriya:XIII əsrdə İtaliya Kateqoriya:XIII əsrdə incəsənət Kateqoriya:İtalyan intibahı