Rzayev Tural Elxan oğlu () — azərbaycanlı futbolçu, yarımmüdafiəçi. 2010–2013-cü illərdə "Neftçi", 2013-2015-ci illərdə "Ağsu", 2015–2016-cı illərdə "Zirə", 2015–2016, 2016–2017, 2017–2018, 2019–2020-ci illərdə "Kəpəz", 2018–2019-cu illərdə "FC Jonava", 2020-ci ildən isə "Merani Martvili" klubunda oynamışdır.

Həyatı Futbola 6 yaşında, məmləkəti Gəncə şəhərində, 9 ilini keçirdiyi "Lokomotiv" İdman Cəmiyyətində başlamışdır. İlk 6 il onun müəllimi Konstantin Maksimoviç Abramenko və ölümündən sonra Rauf Rzayev idi. 15 yaşında Bakıdakı Respublika Olimpiya İdman Litseyinə daxil oldu və burada 17 yaşına qədər oxudu. Futbolçunun əsas məşqçisi Rəhman Tağıyev idi, eyni zamanda Sərdar Abdullayevin rəhbərliyi altında məşq edirdi.

İdman liseyini bitirdikdən sonra, "Neftçi"nin (17 yaşa qədər) gənclər komandasında oynamağa başladı. 2010-cu ildə komandanın dubluna keçdi.

Karyerası

Azərbaycan Peşəkar futbol karyerasına 2013-cü ildə Bakıdakı "Neftçi"nin icarəsi əsasında Azərbaycan çempionatının Birinci Divizionunun eyniadlı şəhərdən — "Ağsu" klubunda keçid etməklə başlamışdır. İki mövsümü burada keçirtdi.

2015-ci ilin yanvarında birinci liqanın başqa bir klubuna "Zirə"yə keçdi.

2015-ci ilin yayında Gəncədəki seçim düşərgələrindən sonra Azərbaycanın ən titullu klublarından olan Premyer Liqanın debütantı — Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışlarında iştirak edən Gəncənin "Kəpəz" klubu ilə bir illik müqavilə imzaladı. "Kəpəz"in əsas heyətində 9 avqust 2015-ci ildə "Neftçi"-yə qarşı ölkə çempionatının ilk oyununda debüt etdi.

2015-2018-ci illər ərzində Kəpəzin əsas heyətində yarımmüdafiəçi mövqeyində klubun əksər oyunlarında iştirak etmiş, qol epizodları və vacib assistləri ilə klubun qələbəsində pay sahibi olmuşdur. Həmçinin bu illər ərzində Azərbaycan Kuboku uğrundada klubun fəal futbolçularından biri olmuşdur.

Növbəti müddət ərzində futbolçu Litvanın "Yonava" klubuna transferi rəsmiləşmiş və ölkə xaricində legioner həyatı yaşayan futbolçulardan biri olmuşdur. Daha sonra isə o, 2019-cu ildə yenidən doğma kluba Kəpəzə qayıtmışdır. Avropada qazandığı oyun təcrübəsi və peşəkarlığını Kəpəzin matçlarındada göstərmişdir.

Litva 2018-ci il iyulun 31-də futbolçu Litvanın əsas liqası olan A Liqanın "Yonava" klubuna transferi rəsmiləşmişdir. Yonavada sağ və mərkəz yarımmüdafiəçi mövqeyində çıxış etmişdir.

Klubda çıxış etdiyi 9 matçın cəmi 2-sində ehtiyat oyunçular skamyasında olmuşdur.

Sürətli oyun və asistləri ilə klubda fərqlənənlər siyahısında olmuşdur.

18 yanvar 2019-cu ildə klubla olan müqaviləsi bitmiş və Kəpəzə transfer olmuşdur.

Gürcüstan 31 yanvar 2020-ci ildə oynadığı "Kəpəz" klubundan Gürcüstanın 2-ci liqası olan Erovnuli Liqasında çıxış edən eyniadlı şəhərin — "Merani Martvili" klubuna transfer olunmuşdur.

Futbolçu klubun əsas heyətinə daxil olmuş və bir neçə yoldaşlıq matçlarında iştirak etmişdir.

Lakin təlim məşqləri zamanı diz qapağından aldığı zədə səbəbi ilə komandasını yarımçıq qoymaq məcburiyyətində qalmışdır.

Futbolçunun klub ilə olan razılaşmasına əsasən müqavilə 31 dekabr 2020-ci ildə bitməli idi.

Hər iki tərəfin qarşılıqlı razılaşmasına əsasən, futbolçunun klubla imzaladığı müqaviləyə xitam verilmişdir.

Hal-hazırda Tural Bakıda müalicəsini davam etdirir.

Statistika Mənbələr:https://www.footballdatabase.eu/fr/joueur/details/251536-tural-rzayevPlayMakerStats Tural Rzayev`s profileSportDe Tural Rzayev`s profileReadFootball Tural Rzayev's profileTribuna Tural Rzayev's profile Footystats Tural Rzayev's profile KlubÇempionatMövsümLiqaKubokAvropaCəmiOyunQolAsistOyunQolAsistOyunQolAsistOyunQolAsistNeftçi-2Azərbaycan I divizionu2010/1113 -1 - - - - - -13 -12011/121715 - - - - - -17152012/131523 - - - - - -1523Cəmi4539------4539AğsuAzərbaycan I divizionu2013/14301210 ------3012102014/151656 ------1656Cəmi461716------461716ZirəTopaz Premyer Liqası2015/169 -4 ------904Cəmi904------904KəpəzTopaz Premyer Liqası2015/163114111 ---32252016/1713 -13 - -2--18 -12017/1824 -63 -3 - --2709Cəmi681117142--77215YonavaLitva A Liqası2018/197 -3 - - - - - -703Cəmi7-3------703KəpəzPremyer Liqa2019/209 -1 ------901Cəmi9-1------901Merani MartviliGürcüstan Erovnuli Liga 22020/21 - - - - - - - - - - - -Cəmi------------Cəmi18421447142001932248

Xarici mənbələr Transfermarkt

FlashScore

GlobalSportsArchive

LietuvosFutbolas

FootbalCritic.com

FootballDatabase.eu

PlayMakerStats

SportDe

ReadFootball

Tribuna

Scores24Live

FootyStats

İstinadlar

Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular