Gəcil qəbiristanlığı "Məqbərətül-Ürəfa (Ariflər məzarlığı)" — Təbriz in üç tarixi məzarlığından biri.
Tarixi Gəcil və ya Məqbərətül-Ürəfa məzarlığı isə XII əsrdən bəri sufilərin və alimlərin dəfn yeri olmuşdur. Məşrutə hərəkatının bəzi tanınmış simaları və şəhidləri də həmin məzarlıqda dəfn edilib. Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu tarixi məzarlığı parka çevirmək bəhanəsi ilə dağıtdılar.
Məqbərətülürəfa və yaxud Ariflər Məzarlığında Təbrizli Şəms kimi tarixi şəxsiyyətlərin dəfn edildiyi söylənməkdədir. Gülüstan Bağı Rza Pəhləvi dövründə tarixi məzarlığın üzərində tikilərək həmin məzarlıq məhv edilmişdir.
Həmçinin bax
İstinadlar
Kateqoriya:Təbriz abidələri Kateqoriya:Azərbaycan memarlığı Kateqoriya:Təbrizin tarixi abidələri Kateqoriya:Təbriz qəbiristanlıqları