Karpaçço ( ) - zeytun yağı və limon əsaslı sousla mövsümlənən və nazik dilimlənmiş çiy mal əti filesi ilə bişirilən yemək.

Ənənəvi olaraq, masaya soyuq yemək və ya məzə kimi verilir.

Tarix Yemək, 1950-ci ildə Venesiyada yerləşən ikonik "Harrinin barı" restoranın sahibi (Həmçinin "Bellini" kokteylinin ixtirası ilə də tanınır) tərəfindən "kəşf edilmişdi". Yemək, rəsmləri hər cür parıldayan qırmızı və ağ rəng çalarları ilə bol olan Renessans rəssamı Vittore Karpaççonun şərəfinə adlandırılıb. Həmin il Venesiyada rəssamın möhtəşəm sərgisi keçirilirdi. Çipirani də bu resepti həkimlərin istilik emalına məruz qalmış ət yeməsini qadağan etdiyi qrafinya Amaliya Nani Moçeniqo üçün xüsusən hazırlamışdı.

Resept Ənənəvi karpaçço, iti bıçaq və ya xüsusi mətbəx aparatı (sleyser) vasitəsi ilə nazik doğranmış mal əti filesindən hazırlanır. Ətin daha yaxşı kəsilməsi üçün ət əvvəlcədən dondurucu kameraya qoyulur və ya yandırılır. Karpaççonun masaya verilməsinin ən məşhur üsulları arasında onun parmezan pendiri, rukkola salatı və ya çerri pomidorları ilə təqdim olunması var. Bu inqredientlər yeməyə daha nəcib dad verirlər. Yemək birinci soyuq sıxmadan alınan zeytun yağının sirkə və ya limon suyu ilə qarışığıyla mövsümlənir.

Karpaçço üçün hələ də "Harrinin barında" istifadə edilən original reseptdə ət dilimlənmədən əvvəl dondurulmur. Həmçinin bu reseptdə yemək üçün hazırlanan sous, mayonez, vuster sousu, limon suyu, süd və təzə üyüdülmüş bibərdən ibarətdir. .

Qeydlər

Ədəbiyyat

Linklər

Gotovim.ru veb saytında karpaçço reseptləri Kuking.net saytında karpaçço tarixi və hazırlanması haqqında məqalə Mycook.ru saytında karpaçço reseptləri Cookster.ru saytında pomidorlardan karpaçço bişirmək üçün reseptlər

Kateqoriya:Ət xörəkləri Kateqoriya:Məzələr Kateqoriya:İtaliya mətbəxi Kateqoriya:Dəniz məhsulları