Mirzə Qədim İrəvani (tam adı: Mirzə Qədim Məmmədhüseyn oğlu İrəvani, ; – 1875) — XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamı. Azərbaycan panel rəssamlığının əsasını qoymuşdur, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklə yadda qalmışdır.
İrəvani, əsasən, tikmə üçün olan trafaret rəsimləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanılır. Demək olar ki, İrəvani, bir qayda olaraq, bütün əsərlərini azərbaycan və ya rusca imzalayaraq özünü "Mirzə Qədim İrəvani", ya da bəzən "kollec asessoru" sözlərini əlavə edərək, özünü sadəcə "Qədim bəy" adlandırırdı.
Onun ən çox tanınan əsərlərin "Gənc qadının portreti", "Gənc oğlanın portreti", "Fətəli şahın portreti", "Rəqqasələr", "Molla", (hamısı Azərbaycan Milli İncəsənət Muzeyində), "Mah Tələtin portreti" (Gürcüstan Dövlət İncəsənət Muzeyi), "Quş və çiçəklər" (Dövlət Ermitajı), həmçinin də, 1850-ci illərdə, İrəvandakı Sərdar sarayının divarlarında, yağlı boya ilə çəkilmiş dörd böyük (1 m x 2 m) portretin müəllifidir.
Bioqrafiya Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvani 1825-ci ildə, İrəvan xanlığının paytaxtı, İrəvan şəhərində anadan olmuşdur. Xarrat Məhəmmədhüseynin ailəsinin yeganə uşağı idi. Elmi ədəbiyyatda, adı ilk dəfə 1954-cü ildə, sənətşünas Natalya Miklaşevskayanın İrəvaniyə həsr olunan məqaləsində hallanıb. Miklaşevskayanın sözlərinə görə, Mirzə Qədimin atası, Məhəmmədhüseyn adi xarrat yox, bədii ağac işlənməsi üzrə usta olub. Mikloşevskaya təxmin edir ki, Məhəmmədhüseyn ornament sənətini, öz yeganə oğluna lap kiçik yaşlarından öyrədib. Məhəmmədhüseynin oğluna təhsil vermək imkanı var idi və onu Tbilisi progimnaziyasına yolladı. Erkən yaşlarından, rus mədəniyyəti ilə yaxın təmasda olan Mirzə Qədim rəssamlıq bacarıqlarını dərinləşdirmək imkanını aldı. Progimnaziyanı bitirdikdən sonra, 15 yaşlı gənc Mirzə Qədim İrəvana döndü və teleqrafçı vəzifəsində poçta qəbul olub orada 35 il ömrünün sonunadək çalışdı.
Mirzə Qədim gənc yaşından rəsm çəkməyə başlayıb. Ailə əhvalatlarına əsasən, yeniyetmə dövründə güzgü üzərində boya ilə çəkdiyi "Qadın" portreti onun ilk işi olur. O xidmətdən ayrı olduğu bütün zamanını rəsmə ayırırdı. Özü tərəfindən edilən naxışlar onun işlədiyi otağın divarlarını bəzəyirdi. Ancaq onun yaşadığı ev dövrümüzə gəlib çatmayıb. Peşəkar rəssam təhsili olmasa belə, anadangəlmə zövqü və istedadı sayəsində, Mirzə Qədim geniş məşhurluq qazanmışdı. Artıq tanınmış rəssam olandan sonra, Sərdar sarayının divar naxışlarının restavrasiyası işlərinə cəlb olunur. Bu XIX əsrin 50-ci illərinin əvvəllərində baş verir. Bu sarayda o Güzgülü zalı bərpa edirdi.
Rus, Fransız, Fars dillərini bilən İrəvani dövrünün savadlı insanı olub, eləcə də, musiqini sevib, Qərbi Avropa, rus, şərq müəlliflərinin əsərlərindən ibarət kitabxanaya sahib olub.
1875-ci ildə kollec asessoru rütbəsində, doğma şəhəri İrəvanda vəfat edib. və İrəvanda da dəfn edilmişdi, amma məzarı günümüzə gəlib çatmayıb.
Yaradıcılığı thumb|right|200px|Fətəli şahın portreti. Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı.
Demək olar ki, İrəvani, bir qayda olaraq, bütün əsərlərini azərbaycan və ya rusca imzalayaraq özünü "Mirzə Qədim İrəvani", ya da bəzən "kollec asessoru" sözlərini əlavə edərək, özünü sadəcə "Qədim bəy" adlandırırdı. Onun tərəfindən real tarixi şəxsiyyətlərin : Fətəli şahın, Abbas Mirzənin, Mah Tələt xanım və Vəcdullah Mirzənin təsvir olunduğu dörd portret yaradılıb. Bu əsərlərdən başqa, "Naməlum savaşçı"nın portreti də çəkmişdi. Mirzə Qədim İrəvani işlərinin tarixini qeyd etmirdi, amma onları imzalamağa, eləcə də üzərlərində portreti çəkilənin adını yazmağı xoşlayırdı. Buna baxmayaraq, onun rəsmlərinin müqayisəli təhlili əsasında, rəssamın yaradıcılıq dövrlərinin ikişafını müəyyən etmək mümkün oldu. Beləliklə, İrəvavaninin yaradıcılığı 3 dövrə ayrılır : birinci dövr – rəssamın gənclik illəri, ikinci dövr – bu İrəvanda Sərdar sarayında işlədiyi dövrdü (XIX əsrin 50-ci illəri) və üçüncü dövr – yetişkinlik dövrünün yaradıcılığı (XIX əsrin 60–70-ci illəri).
Erkən yaradıcılıq dövrü
Birinci dövr İrəvanini gənclik illərini, onun Sərdar sarayının divar naxışlarının restavrasiya işlərində iştirakına qədər ki dövrü əhatə edir. Dövr üçün əsasən tədbiqi-dekorativ incəsənət və primitiv rəssamlıq sahəsində işlər xarakrekdir.
Yaradıcılığının erkən dövründə İrəvani divar naxışları, rəsm və trafaretlər, ipək və qızıl saplı tikmələr (güləbətin) üçün, eləcə də cəngavərin əks olunduğu rəsmi yerinə yetirmişdi. Rəssamın ilk portreti, boya ilə, güzgünün üzərində yerinə yetirildiyi bilindiyindən, Azərbaycan Milli İncəsənət muzeyində saxlanılan iki ədəd, şüşə üzərində işlənilən "Rəqqasə" və "Dərviş"əsərlərini də birinci dövrə aid etmək olar. İrəvaninin naxışlarında gül və quşların əks olunduğu tərtiblər üstünlük təşkil edirdi. Rəssamın trafaret və şəkillər kolleksiyasında belə motivlər saxlanılıb. Onlar İrəvaninin Azərbaycan ornamenti və divar rəssamlığı ənənələri ilə yaxşı tanış olduğunu təsdiq edir.
Yaradıcılıq fəaliyyətinin erkən dövründə İrəvani əsasən tətbiqçi-rəssam kimi çıxış edirdi. Azərbaycan Milli İncəsənət Muzeyində tikmə üçün yüngülcə uzadılmış, səkkiz güşəliulduz və yarımdairə formasındna, özündən medalyon bantı təşkil edən iki trafaret saxlanılır. Rəsimlər kağızdan kəsilmiş medalyon və dairə formasında yerinə yetirilmişdir. Stilləşdirilmiş güllərdən ornament, qəti simmetrik şəkildə, medalyonun hər dördə bir hissəsini eyni naxışla doldurur. İkinci trafaret — 22,3 santimetr diametrində, dairənin dörddə-bir hissəsi formasında bir sektordur, o da həmçinin, üslublaşdırılmış güllü ornamentdir. Naxış balaca sininin (məcməi) üzərindəkilərini örtmək üçün istifadə olunan tikməyə (balaca örtük) təyin edilmişdir.
Qalan üç rəsim "Quşlar və çiçəklər", "Qızılgül və qaranquş", "Güllər və qırqovul" ayrı vərəqlərin üzərində yerinə yetirilib. Natalya Mikloşevskayanın sözlərinə görə, onlar yalnız divar naxışı kimi istifadə oluna bilərdilər. "Qızılgül və qaranquş" rəsminə bənzər güllü tərtiblərin variantları isə İrəvani tərəfindən, lak rəsmləri kimi, həm akvarel və tempera, eləcə də ayrı kağız vərəqlərinin üzərində yaradılırdılar. "Güllər və qırqovul" rəsmində isə, xüsusən, qırqovullar realist və canlı təsir bağışlayırlar. Rəsm o dərəcədə əsaslı yerinə yetirilib ki, Mikloşevskayaya əsasən, iddia etmək olar ki, rəssam öz işinə çox böyük sevgi ilə yanaşıb.
Yuxarıda adı çəkilən, divar naxışları üçün trafarert-rəsmlərin çəkilmə üsulu, tikmələr üçün təyin edilmiş trafaretlərin üsulundan fərqlənir. Tikmələrdəki rəsm simmetrik şəkildə təkrarlanmırdı. İrəvani onu tam olaraq sadə qələm ilə yerinə yetirirdi, növbəti addım isə, naxış salmaq üçün əvvəlcədən cızılmış konturu iynə ilə deşmək idi. Rəsmin xırdalıqlararını vurğulamaq üçün İrəvani nazik fırça ilə bütün kompozisiyanı bir daha işləyirdi. Mikloşevskayanın fikrincə, zərif konturu ilə fərqlənən, canlı incə xətt ilə yerinə yetirilən bu rəsm İrəvaninin təcrübəsindən xəbər verir. Divar naxışı üçün trafaret-rəsmlərin, üçünün də XIX əsrin 40–50-ci illərində yaradılmasına baxmayaraq, nisbətən yaxşı qorunublar. Dövrümüzə trafaretlərdən birinin üzərində kamançada ifa edən kişi və onu çırtma çalaraq müşaiət edən rəqqasəni təsvir eləyib.
Yaradıcılığının erkən dövrünə aid olan portretlər arasında "Kişi xəncər ilə", "Döyüşçü", "Rəqqasə" və "Molla" ən çox maraq cəlb edənlərdəndir. Güman ki "Kişi xəncər ilə" cökə qabığı üzərində çəkiləcək rəsm üçün hazırlanmışdır. Mikloşevskayaya əsasən bu rəsm də İrəvani bütün fiqura yetəri qədər zəhmli görünüş verə bilib. Şəklin çəkilmə xarakterinin oxşarlığı ilə, bədii tərz və süjet seçimi ilə, şüşə üzərində yerinə yetirilmiş "Rəqqasə" və "Dərviş" portretləri cökə qabığı üzərində rəsmlərin təsəvvürünü yaradır.
Sərdar sarayındakı işləri
Mirzə Qədim İrəvani restavrasiya olunan Sərdar sarayı üçün, təbii ölçüdə, yağlı boya ilə şah və sərdarların (şahın canişinləri) təsvir edildiyi dörd böyük (1 m x 2 m) portret yaratmışdır. Portretlər sarayın böyük zalının ikinci yarusunun divar oyuqlarında yerləşdirilmişdi. Portretlərdə Fətəli şah Qacar, Abbas Mirzə, Hüseynqulu xan Sərdar və Rüstəm Zal təsvir olunmuşdu. Qohumlarının xatirələrinə əsasən, bunlara bənzər, Mirzə Qədimin otağında yerləşmiş, üzərlərində silahlı döyüşçülərin təsvir olunduğu (Sərdarların portletlərinin, rəssamın əlində qalan variantları olduqları təxmin edilir) daha dörd portret mövcud olub. Rəssamın ailəsində bu cür rəsmləri "Pəhləvan" adlandırırdılar. Həmin rəsmlər yağlı boyalar ilə qalın kətan üzərində yaradıldığlarından, faktiki olaraq Azərbaycan panel rəssamlığının ilk nümunələri hesab olmaqdadırlar.
Tərzlərinə görə bu portretlər, XIX əsr İran panel rassamlığı üslubuna yaxındılar. Beləcə, Fətəli şahı yastığın üstündə oturduğunu təsvir edən portret "Xalçanın üstündə oturmuş Fətəli Şahın" ın ikonoqafik tipini təkrarlasa da, rəsmin keyfiyyəti onun IXI əsrin 50-ci illərində Mirzə Qədim İrəvani tərəfindən Sərdar sarayı üçün işləndiyini göstərir. Rəssamın ustalığının böyüməsini onun əsərlərini öyrəndikcə izləmək olur, əsasən Sərdarların portretlərində, hansılar ki Mikloşevskayanın sözlərinə görə həvəskar-rəssam üçün bir növ rəssamlıq məktəbi olmuşdur.
Azərbaycan Milli İncəsənət Muzeyində dəbilqələrdə təsvir olunmuş "Döyüşçü"nün portreti saxlanılır. Mirzə Qədim İrəvaninin əsərində müəyyən sistemin hasil olunduğuna şahidlik edən Mikloşevskayanın fikrincə, bu rəsim hələ də tamamən rəssamın erkən (sadə) tərtiblərinin dövrünə aidir. Yəni, böyük portreti çəkməyə başlamamışdan öncə, İrəvani hazırlıq-rəsmləri yaradırdı. İrəvandakı Sərdar sarayının qalmış şəkilləri sübut edirlər ki, iki belə döyüşçünün portreti sarayın əsas zalının divarlarının birində çəkilmişdi. Bu döyüşçülər İrəvani tərəfindən çəkilib, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan rəsm isə eskizdi.
Abbas Mirzənin əks olunduğu böyük rəsm də həmçinin, Sərdarların rəsmlərini çəkməzdən əvvəlki hazırlıq işidir. Bu portretdə, rəssamın kontur cizgiləri sahəsində olan uğurları Mikloşevskaya tərəfindən qeyd edilmişdir. Abbas Mirzənin portretini İrəvaninin, canlı insanı əks etdirməyən, realist elementlərin tamamiylə olmadığı "Döyüşçü" nün təsviri ilə müqayisədə artıq daha inandırıcı təsvir etmək istədiyini açıq şəkildə görünür. Fakturanın xüsusiyyətlərini ifadə etəməyə çalışarkən, İrəvani işıq və kölgə oyunu ilə nəinki təsvirin kontur cizgilərini amma eləcə də, başa qoyulmuş papağın həcmini verir, ki bu da təsvirin realist elementlərni daha gözə çarpan edir. Fiqurun özünün həcmini vermək isə daha uğursuzdur. İrəvani Abbas Mirzənin fiqurunu daha proporsional çəkib, ancaq köhnə şərti ənənələr hələ də özünü bildirməktədir. Bu özünü daha çox ayaqların kontur cizgilərində büruzə verib. Əllər isə həmişə İrəvaninin yaradıcılığın da zəif yeri olub.
Mikloşevskayaya əsasən, Abbas Mirzənin portrerti sübut edir ki, artıq özünün ilk işlərində Mirzə Qədim İrəvani rəsmi çəkilənin psixoloji xarakteristikasını verməyə çalışırdı. Beləcə, Abbas Mirzənin portretində itaətkarlıq təkcə üz cizgilərində yox, eləcə də əllərinin itaətkar mövqeydə bükülməsində verilib. İtaətkarlıq eləcə də gövdənin yuxarı hissəsinin yüngülcə ilərli əyilməsində verilib. yanaRəssamın kontur cizgisində böyümüş bacarığına, təsvir edilən realist insan təsviri yanaşmasının elementləri işarə edir. Bu, bu portretin rəssamın saraydakı işinin sonunda çəkildiyini deməyə imkan verir.
Yetkin yaradıcılıq dövrü
Sərdar sarayındakı işləri bitirdikdən sonra İrəvani əsasən, akvarel və tempera vasitəsilə (həmçinin sifarişə) portretlər çəkməklə məşğul olmağa başladı. Rəssamın üçüncü dövr yaradıcılığı portretlərin sayına görə (9 portret : 6 – Azərbaycan Milli İncəsənət Muzeyində (İki fiqurlu kompozisiya, Şahzadə Aleksandrın arvadı ilə portreti, iki ədəd qadın portreti, Gənc oğlanın portreti, bitirilməmiş "Qızılgül və bülbül" rəsmi) ; qatlama-güzgü – Ermitajda, Qadın portreti – Gürcüstan Dövlət İncəsənət Muzeyi) ən məhsuldar dövrü olmaqla, həyatının təxminən son 15 ilini əhatə edir.