Malkarukları və ya Balkarukovlar — balkar əsilzadə soyu.

Haqqında Bu soy əsasını əfsanəvi Anfako Bolotukovun oğlu İparın iki oğlundan biri olan Can Mirzə Malkarukdan götürür. İparın iki oğlu Bəy Mirzə və Can Mirzə XVI əsrdə Çegem dərəsində məskunlaşıblar. Yerli bəy Berdibəy dünyasını dəyişdikdən sonra dərədəki hakimiyyəti qardaşlar ələ keçirə bilirlər. Bu soy Çegem dərəsində hakimlik edib. Soyun sarayı Eltübü kəndində yerləşib.

Həmçinin bax Abayları Urusbiyevlər

İstinadlar

Kateqoriya:Qaraçay-balkar soyları