MosulСловарь географических названий зарубежных стран / отв. редактор А. М. Комков. — 3-е изд., перераб. и доп. — М.: Недра, 1986. — С. 238. ( – əl-Mavsil;Инструкция по передаче на картах географических названий арабских стран. — М.: Наука, 1966. — С. 25. – Musil; – Ninve; ) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir.

Tarixi Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir.

Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir. İşğaldan bir müddət sonra ABŞ qüvvələri şəhər yaxınlığında kütləvi məzarlıq tapdığını iddia etmişdir.Mosul şəhəri yaxınlığında kütləvi məzar tapılıb — 2003–07–18 Amerikanın Səsi

Əhali 1987-ci ildə aparılmış siyahıya almaya əsasən Mosul şəhərində 664,221 nəfər əhali yaşamışdır. 2011-ci il iyul ayına olan rəsmi məlumata əsasən Mosul şəhərinin əhalisinin sayı 1,475,000 nəfər təşkil edir. Əhalisinin 1/3 hissəsini rəsmən Türkman adlandırılan, dilləri Azərbaycan dilinə çox yaxın olan türk xalqı təşkil edir.

İstinadlar

Mənbə

Həmçinin bax Təlafər

Xarici keçidlər

Kateqoriya:İraq şəhərləri