Sədallah əl-Bərdəi () — mənşəcə Azərbaycan türklərindən olan tanınmış dilçi alim və şair.
Həyatı Orta əsrlər Şərqinin tanınmış dilçi və şairi Sədəddin Sədallah Bərdəi müasir Qarabağ ərazisində yerləşən Bərdə şəhərində anadan olub.
V əsrdən etibarən Qafqaz Albaniyasının paytaxtı olmuş və sonralar da Azərbaycanın mədəni və ticarət mərkəzi kimi öz əhəmiyyətini itirməmiş bu məşhur şəhərdən bütün Yaxın Şərqdə məşhur olmuş bir çox tanınmış alimlər çıxmışdır ki, onlardan da biri Sədallah Bərdəidir.
Bərdəinin həyat tarixçəsi barədə məlumat o qədər kasaddır ki, hətta onun hansı illərdə yaşadığı da indiyəcən müəyyənləşdirilməyib. Dövrümüzə qədər gəlib çatmış nisbətən daha qədim əlyazmalarına əsaslanan alimlər təqribi şəkildə Bərdəinin XIV əsrin sonu — XV əsrin əvvəllərində yaşadığını göstərirlər.
Bərdəinin iki əsəri məlumdur. Bunlardan biri görkəmli dilçi İzzəddin Zəncaninin "ət-Təsrif" əsərinə, o birisi isə bütün dövrlərin ölməz dilçisi əz-Zəməxşərinin "əl-Ənmüzəc fin-nəhv" ("Nümunəvi qrammatika") əsərinə yazılmış şərhdir. Sədallah Bərdəinin Zəmaxşərinin adı çəkilən əsərinə verdiyi "Hədaiq əd-danain fi şərhi-risalət əl-lamatəl-hənaiq" adlı şərhi ona şöhrət gətirmişdir.
Bərdəi öz şərhinin əvvəlində yazırdı:
Bərdəinin yaradıcılıqından bəhs edən əsərində dilçi alimlərdən N. Ağayeva yazır:
Görünür, Bərdəinin şərhlərinin uzun əsrlər boyunca bütün Qafqazda qeyri-adi kütləvilik qazanması da elə bununla bağlıdır.
Həmçinin bax Azərbaycan şairlərinin siyahısı
Mənbə
İstinadlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Bərdədə doğulanlar Kateqoriya:Bərdədə vəfat edənlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Türk şairlər