Qumuqların siyahısı — qumuqların hal-hazırda kompakt yaşadığı dövlətlərin, həmçinin digər dövlətlərin ərazisində tarixin müxtəlif dövrlərində yaşamış seçilən üzvlərinin siyahısı.
Dövlət xadimləri və hərbçilər
XVI-XVII əsrlər
Endireyli Sultan Mahmud — Rusiyanın Şərqi Qafqaz kompaniyası zamanı onları Qaraman döyüşündə məğlub edərək işğalı bir neçə onillik gecikdirən görkəmli hökmdar və şamxal.
XVII-XIX əsrlər
Taşev-Hacı Endireyevski — İmam Şamildən sonra qafqazlıların Rusiyaya qarşı müqavimətinin siyasi, hərbi və mənəvi lideri. Uçar Hacı Yaqub — XIX əsrdə yaşamış din xadimi və ağsaqqal. Bir dəfəyə iki rus generalını öldürmüşdür.
XX əsr
Abdulhakim İsmayılov — Sovet İttifaqının İkinci Dünya müharibəsində döyüşmüş hərbçisi. O, Yevgeni Xaldey tərəfindən Reyxstaq üzərindən Sovet bayrağını asarkən fotosu çəkilmişdir. Bu hadisə Nasist Almaniyasının təslim olmasından bir neçə gün əvvəl - 2 may 1945-ci ildə Berlin şəhərində baş vermişdir.
Alimlər və yazıçılar
Nəcməddin Bammat — qumuq əsilli görkəmli fransız-əfqan yazıçısı, dilçisi və islam alimi İzzət Qandəmir — qumuq əsilli görkəmli türk yazıçısı, tərcüməçisi, ictimai xadimi və tibb professoru Fəxrəddin Kırzıoğlu — qumuq əsilli türk tarixçisi və yazıçısı Murad Qaplanov — radio kommunikasiya mühəndisi, Sergey Korolevin dizayn mərkəzində inkişaf etdirilmiş Molniya kommunikasiya peyk sistemlərinin baş konstruktoru.
Siyasətçilər Əhməd-Saib bəy Qaplan - Gənc Türklər hərəkatının görkəmli üzvlərindən biri, Sultan II Əbdülhəmid və onun mütləqiyyət dövrünün dissidenti. O, həmçinin son Osmanlı imperiyası dövrünün tarixçilərindən və yazıçılarından biri olmuşdur.http://cdn.istanbul.edu.tr/statics/ataturkilkeleri.istanbul.edu.tr/wp-content/uploads/2013/03/ydta-12-kandil.pdf Heydər Bammat - siyasətçi, rəsmi olaraq 11 may 1918-ci ildə elan edilmiş Şimali Qafqaz Dağlılar Respublikasının ideoloqlarından biri və xarici işlər naziri. O, həmçinin "Visages de l'Islam"-ın müəllifi və Əfqanıstanın İsveçrədəki səfiri olmuşdur. Rəşid xan Qaplanov - siyasətçi, Şimali Qafqaz Dağlılar Respublikasının banilərindən biri və daxili işlər naziri. O, sonradan Azərbaycan Xalq Cümhuriyyətinin dördüncü və beşinci hökumət kabinetlərində təhsil və din işləri naziri kimi çalışmışdır. Cəlaləddin Qorxmazov - Dağıstan Sovet Respublikasının de-fakto qurucusu və ilk katibi. Roza Eldarova - Dağıstanda yüksək vəzifə tutan ilk qadın. O, 1962-ci ildə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin Prezidiumunun katibi seçilmişdir.
Rəssam və memarlar Murad əd-Dağıstani - İraqda fotoqrafiyanın yaradıcıs. O, insanların gündəlik həyatı və yaşayışı mövzulu çəkdiyi fotolarının yüksək keyfiyyətinə görə məşhurlaşmışdır. Nəsrətdin Murad-Xan - qumuq əsilli pakistanlı memar və mülki mühəndis. O, dizayn etdiyi Pakistanın milli abidəsi olan Minar-e-Pakistana görə məşhurlaşmışdır.
İdmançılar Güləşçilər XIX-XX əsrlər Əli Qılınc Xasayev - güləş 6 qat dünya çempionu.
XX əsr Saypulla Absaydov - yüngül çəki üzrə 1980-ci il Moskva Olimpiadasının çempionu. Məhəmmədhəsən Abuşev - 1980-ci il Moskva Olimpiadasının 62 kiloqram üzrə çempionu. O, həmçinin Prievidza Avropa çempionu.
XXI əsr Marid Mütəllimov - 2008-ci ildə keçirilmiş Yay Olimpiadasının 120 kq üzrə bürünc mükafatçısı. Bəxtiyar Əhmədov - 2008-ci il Yay Olimpiadasının 120 kq üzrə qalibi. Nəriman İsrafilov - 2009-cu il Vilnüsda keçirilən Avropa çempionatının 55 kq üzrə qalibi. O, həmçinin 2013-cü ildə Budapeştdə dünya çempionatının bürünc mükafatçısı olmuşdur. İlyas Bəybulatov - 2017-ci ildə Novi Sadda keçirilən güləş çempionatında 65 kq üzrə dünya çempionu. Zaur Uquyev - 2018-ci ildə Budapeştdə və 2019-cu ildə Nur-Sultan şəhərlərində keçirilən dünya çempionatlarının 57 kq üzrə qalibi. Milana Dadaşeva - dünya çempionatının bürünc mükafatçısı.
Döyüş növləri Camal Acıgerey - vuşu sanda ulduzu və aktyor. O, 12 qat Avropa və 1 qat dünya çempionudur. Bozigid Atayev - vuşu sanda üzrə dəfələrlə dünya çempionu olmuşdur. Muslim Salixov - vuşu sanda üzrə dəfələrlə dünya çempionu olmuşdur, "kinf-fu kralı" ləqəbi ilə tanınır. Bir çoxlarına görə, vuşu sanda tarixinin ən yaxşılarından biridir. Marat Qafurov - pankration (2010) və ciu-citsu (2013) üzrə dünya çempionu. Rüstəm Xabilov - MMA döyüşçüsü və Sambo üzrə dünya çempionu. Məhəmməd Mokayev - Birləşmiş Krallıqda yaşayan MMA döyüçüsü, IMMAF üzrə azyaşlılar arasında dünya çempionu.
Boks Medzid Bəydəmirov - WBC USNBC-də peşəkarlar arasında yüngül çəki üzrə çempion. Arslanbek Mahmudov - WBC-NABF çempionu.
Futbol Arsen Akayev - peşəkar futbolçu və məşqçi Murad Maqomedov - peşəkar futbolçu Əlibəy Əliyev - qumuq əsilli peşəkar isveçli futbolçu Tamerlan Hüseynov - Ukrayna Futbol Liqasında 100 qol vurmağı bacaran ilk futbolçu.
İstinadlar
Həmçinin bax Qumuqlar
Kateqoriya:Qumuqlar Kateqoriya:Şimali Qafqaz