Yosa Buson — yapon şairi, yazıçısı və rəssamı. Yüzlərlə hokkunun müəllifi.
Həyatı 1737-ci ildən Basyo ənənələrini davam etdirən Yahantö poetik məktəbinin başçısı Hayano Hadzinin şagirdi olmuşdur. Onun varisi kimi həmin məktəbin rəhbəri olduqdan və poeziya məclislərində münsif hüququ qazandıqdan sonra, 1770-ci ildən peşəkar şair sayılmışdır. Ən yaxşı şeirləri Takai Kito ilə birlikdə hazırladığı "Şaftalılar və Gavalılar" toplusuna daxil edilmişdir. Buson Yosanın poeziyasına incə duyğular və lirizm xasdır. Rəssam kimi mənzərə ustası olan Buson bundzinqa məktəbinin ən görkəmli nü mayəndələrindən biridir.Buson Yosa// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 119.
Əsərləri "Şəhərdə ağşamçağı qar" (şəxsi kollek siya, Kobe), "Payız seyri" (Milli muzey, Kioto) və s.
İstinadlar
Xarici keçidlər Bridge of dreams: the Mary Griggs Burke collection of Japanese art
Kateqoriya:Yaponiya yazıçıları Kateqoriya:Yaponiya rəssamları Kateqoriya:1716-cı ildə doğulanlar Kateqoriya:1783-cü ildə vəfat edənlər Kateqoriya:Yaponiyanın hayku şairləri Kateqoriya:Yaponiya xəttatları