Ramana məscidi və ya Qurban məscidi — 1912–1914-cü illərdə tikilmiş tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Ramana qəsəbəsində yerləşir, memarı Zivər bəy Əhmədbəyovdur.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Ramana məscidi 1912–1913-cü illərdə Ramana qəsəbəsində tikilib. Memarı Zivər bəy Əhmədbəyovdur.

Sovet işğalından sonra Azərbaycanda 1928-ci ildə rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Ramana məscidi də bu dövrdə fəaliyyətini dayandırıb və binasından sex kimi istifadə olunub.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid dindarların istifadəsinə verilib. 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Memarlığı Məscid ətrafında yerləşən tarixi evlər və hamam ilə birlikdə kəndin tarixi mərkəzində yerləşir. Plana görə məscid iki kvadrat şəkilli ibadət zalından ibarətdir. Əsas ibadət zalının sahəsi 14x14 metrdir. Məscid əsas ibadət zalı, dəhliz və zalın şimal və şərq hissələrində yerləşən köməkçi otaqlardan ibarətdir. Əsas ibadət zalının tavanı yonulmuş sal daşlardan hazırlanmış dörd sütun üzərində dayanıb. Bütün qapı və pəncərələr haşiyələrlə bəzədilib. Portalın hündürlüyü 7–9 metrdir. Məscidin ərazisi 300 kvadrat metrdir. Daxilində eyni anda 300 nəfər ibadət edə bilər. Bir günbəzi var minarəsi yoxdur.

Şəkilləri

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Ramana abidələri Kateqoriya:Bakının tarixi binaları Kateqoriya:Bakı məscidləri