The Trump Organization () — Donald Trampın sahib olduğu 500-ə yaxın biznesdən ibarət konqlomerat. Bu bizneslərdən təxminən 250-si Trampın adından istifadə edir. Konqlomerat 1923-cü ildə Donald Trampın nənəsi Elizabet Krist Tramp və atası Fred Krist Tramp tərəfindən "E.Trump & Son" olaraq quruldu.

Konqlomerat müxtəlif təsis şirkətləri və ortaqlıqları sayəsində daşınmaz əmlakın inkişafı, sərmayə qoyuluşu, vasitəçilik, satış, marketinq və əmlak idarəçiliyində maraqlara sahib olmuşdur. Konqlomeratın subyektləri müxtəlif ölkələrdə yaşayış daşınmaz əmlakına, otellərə, kurortlara , yaşayış qüllələrinə və qolf sahələrinə sahiblik edir, sərmayə qoyur və inkişaf etdirirlər. Tramp adı altında inşaat, mehmanxana, qumarxana, əyləncə, kitab və jurnal nəşri, yayım mediası, model rəhbərliyi, pərakəndə satış, maliyyə xidmətləri, qida və içkilər, biznes təhsili, onlayn səyahət, ticarət, özəl aviasiya və gözəllik yarışmaları fəaliyyət göstərir.https://qz.com/461688/a-list-of-everything-donald-trump-runs-that-has-his-name-on-it/ 22 iyul, 2015 Konqlomeratın subyektləri, həmçinin "The Apprentice" canlı televiziya proqramının françayzinqini istehsal edən Nyu-York televiziya istehsal şirkətinə də sahibdirlər.https://www.wsj.com/articles/donald-trump-is-frugal-with-his-cash-in-republican-presidential-race-1439335893 11 Avqust, 2015 Pərakəndə satış sahələrinə moda geyimləri, zərgərlik və aksesuarlar, kitablar, ev əşyaları, işıqlandırma məhsulları, vanna otağı aksesuarları, yataq dəstləri, ətir məhsulları, kiçik dəri məmulatları, araq, şərab, qab-qacaq, biftek, şokolad və qablaşdırılmış bulaq suyu daxildir.

Donald Trampın rəhbərliyi Donald Tramp Pensilvaniya Universitetində oxuyarkən atasının şirkətində təcrübə keçdi və 1968-ci ildə rəsmi olaraq şirkətə qoşuldu.https://books.google.az/books?id=Ye6e_VxM00kC&pg=PA67&lpg=PA67&redir_esc=y#v=onepage 1987 1970-ci illərin əvvəllərində Donald şirkətin prezidenti vəzifəsini icra edərkən Fred idarə heyətinin sədri idi. Donald Tramp 1971-ci ildə rəhbərlik etməyə başladı. O təxminən 1973-cü ildə bu biznesi The Trump Organization adlandırmağa başladı. Əvvəllər bəzən "Fred C.Trump Organization",https://www.nytimes.com/1959/06/29/archives/bid-made-to-start-warbasse-housing.html New York Times. 29 iyun, 1959 tarixində dərc olunub.https://www.newspapers.com/clip/19890919/fred-c-trump-organization-advertisement/ The Miami News. 8 Avqust 1969 tarixində dərc olunub. "The Fred Trump Organization"https://www.newspapers.com/image/?clipping_id=24271973&fcfToken=eyJhbGciOiJIUzI1NiIsInR5cCI6IkpXVCJ9.eyJmcmVlLXZpZXctaWQiOjM5MjQ1NTEyMSwiaWF0IjoxNjAzMzQ5NjcxLCJleHAiOjE2MDM0MzYwNzF9.M1_6Jmv1IUArIFkoa0Bqgycw8YIWlCV3SDwlKKLZDk4 Daily News. 11 Fevral, 1961-ci il tarixində dərc olunub. və ya "The Trump Organization"https://www.nytimes.com/1966/09/22/archives/6-bikinied-beauties-attend-demolishing-of-coney-landmark.html New York Times. 22 Sentyabr, 1966 tarixində dərc edilib. adlansa da, lakin heç bir rəsmi adı yox idi.

Tramp səylərini Manhettendəki böyük inkişaf layihələrinə yönəltdi. "Hyatt" ilə ortaq şəkildə Commodore Hotelin yenidənqurma işlərini apararaq Grand Hyatt New York (1980) kimi açılışını,https://www.washingtonpost.com/archive/realestate/1981/06/06/new-york-joining-renovation-trend/7cb3abec-9619-4315-aeaa-4b929790092d/ Washington Post. 6 İyun, 1981 tarixində dərc edilib. "The Equitable" ilə əməkdaşlıq edərək Trump Tower (1983) tikintisini həyata keçirtdihttps://www.newspapers.com/clip/19918994/trumpery-frippery-finery/ New York Daily News. 17 Fevral, 1983 tarixində dərc edilib. və Trump Plazanı inkişaf etdirdi (1984).https://nypost.com/2016/02/07/how-donald-trump-helped-save-new-york-city/ New York Post. 7Fevral, 2016 O həmçinin, Nyu Cersi ştatının Atlantik Siti şəhərində üç kazino oteli açdı: Trump Plaza (1984),https://www.nytimes.com/1984/05/15/nyregion/10th-and-largest-casino-opens-in-atlantic-city.html New York Times. 15 May, 1984-cü il tarixində dərc edilib. Trump Castle (1985)https://infoweb.newsbank.com/resources/doc/nb/news/0EB299921518F61D?p=AWNB Philadelphia Inquirer. 18 İyun, 1985 tarixində dərc edilib və Trump Taj Mahal (1990)http://infoweb.newsbank.com/resources/doc/nb/news/0EAEA84E88B487F6?p=AWNB Press of Atlantic City. 3 Aprel, 1990 tarixində dərc edilib

Donald Tramp ABŞ-nin 45-ci Prezidenti seçildikdən sonra 2017-ci ildə rəhbərliyi övladlarına təhvil verdi.

Daşınmaz əmlak 280px|thumb|right|"The Trump Organization"a məxsus və ya lisenziyalı mülkləri olan ölkələr (Dekabr, 2016) 2019-cu ildə Forbes jurnalının qiymətləndirməsinə əsasən Trampın sərvəti 3,1 milyard dollardır, bunun təxminən yarısı onun Nyu-York şəhərindəki daşınmaz əmlak sahələrindən, təqribən üçdə biri yerli və beynəlxalq mülklərdən (otellər və qolf sahələri də daxil olmaqla) əldə edilən gəlirdir. Trampın adını mülklərində istifadə etdikləri üçün kənar sahibkarlar tərəfindən ödənilən lisenziyalaşdırma haqları da onun ümumi sərvətinə əlavə gəlir gətirir.https://www.moneysense.ca/news/donald-trump-to-unveil-details-of-his-personal-fortune/ MoneySense. 15 İyul, 2015

Tamamlanmış mülklər Trump Tower – Mərkəzi Manhettendə yerləşən 58 mərtəbəli bu bina "The Equitable" şirkəti ilə ortaq şəkildə formalaşdırıldı və 1983-cü ildə açıldı. Tramp 1986-cı ildə ortaq şirkətin payına düşən səhmləri aldı.https://books.google.az/books?id=Ye6e_VxM00kC&q=%22buying+out%22&redir_esc=y və hal-hazırda qüllənin ofis və pərakəndə komponentlərinə sahibdir.http://forbes.com/2006/09/20/trump-wealth-biz_06rich400_0921trump.html#27d6eefc4cc7 . Yanvar, 2016 Qüllədə Trampın Ağ Evə köçənə qədər əsas iqamətgahı olan üç mərtəbəli penthauz mənzili də var.https://www.nytimes.com/2017/08/12/style/trump-tower-famous-residents.html . New York Times. May, 2018 Qüllənin dəyəri 2017-ci ildə 450 milyon dollar olaraq qiymətləndirildi.https://www.bloomberg.com/news/articles/2017-06-21/trump-s-net-worth-slips-to-2-9-billion-as-towers-underperform . Bloomberg. May, 2018 Trump World Tower – Mərkəzi Manhettendə Birləşmiş Millətlər Plazasında yerləşir. 2006-cı ildə Forbes jurnalı Trampın "290 milyon dollar mənfəət və reallaşmayan təqdir" əldə etməsini təxmin etdi.https://www.forbes.com/2006/09/20/trump-wealth-biz_06rich400_0921trump.html Forbes. 21 Sentyabr 2006 AXA Equitable Center – Manhetten və San-Fransiskoda yerləşir. Tramp bu iki ofis binasında 30 % paya sahibdir. Trampın iki binadakı payının 2013-cü ilə görə ən az 850 milyon dollar olduğu təxmin edildi.https://therealdeal.com/issues_articles/the-8-billion-dollar-man/ 1 iyul, 2013 The Trump Building – Uoll-Stritdə yerləşən bu binanı 1995-ci ildə 1 milyon dollara aldı və təmir etdi. Nyu-York Maliyyə Departamentinə görə 2011-ci ilədək binadakı vergidən əvvəl xalis əməliyyat gəliri 20.89 milyon dollar və dəyəri 350–400 milyon dollar arasında idi. Tramp digər investisiyalar üçün istifadə etmək məqsədilə əmlaka 5.71 faizlə 160 milyon dollarlıq ipoteka götürdü. Forbes 2006-cı ildə əmlakı 260 milyon dollar dəyərində qiymətləndirdi.https://www.forbes.com/2006/09/20/trump-wealth-biz_06rich400_0921trump.html Forbes. 21 Sentyabr, 2006 Trump International Hotel and Tower Chicago – Layihənin hamısı 1,2 milyard dollar (Tramp üçün 112 milyon dollar pay) ilə qiymətləndirilir. Trump International Hotel Las Vegas – Forbesin 400 üzvü, Fil Raffin (əsas tərəfdaş) və Cek Uişna (az qismli ortaq) ilə birgə inkişaf. 2006-cı ildə Trampın payının 162 milyon dollar olduğu təxmin edildi. 2017-ci ilin Mart ayında Trampın hələ prezident olmasından əvvəl, Raffinlə 50–50 ortaq olduqları bu oteli oğlu Erik Trampın idarə etməsi Forbesdə açıqlandı. Trump International Hotel and Tower New York – Tramp adını və təcrübəsini binanın sahibinə 1994-cü ildə bina yenidən inkişaf etdirilən ərəfədə 40 milyon dollar məbləğ (layihə rəhbərliyi üçün 25 milyon dollar və kondomdan gələn 15 milyon dollar təşviq olaraq) qarşılığında verdi. Forbes Trampın payını 12 milyon dollar olaraq qiymətləndirir. 2010-cu ilin martında bu otel binasında yerləşən penthauz mənzil 33 milyon dollara satıldı.https://observer.com/2007/10/mystery-man-buys-33-m-trump-world-tower-duplex/ 1 Oktyabr, 2007 Trump Park Avenue – Park Avenyuda yerləşən bu mülk 142 milyon dollar dəyərindədir. Tramp ayda 100.000 dollara kirayə götürdüyü bu mülkdə 23 və Trump Parcda isə 19 mənzilə sahibdir.https://therealdeal.com/issues_articles/the-8-billion-dollar-man/ The Real Deal. 1 İyul 2013 Mar-a-Lago – Florida ştatının Palma Biç şəhərində, əksər hissəsi Tramp tərəfindən yalnız üzvlər üçün bir kurorta çevrilən tarixi bir əmlak. Mülkiyyət 2013-cü ilə qədər 250 milyon dollar dəyərində idi. Tramp ayrıca 6,5 milyon dollar və 3 milyon dollar dəyərində iki qonşu xüsusi evə sahibdir. Seven Springs – Nyu York, Bedford yaxınlığında 13 otaqlı bir malikanəsi və 86 hektar sahəsi olan əmlak. Tramp 1995-ci ildə əmlak üçün 7,5 milyon dollar ödəyib.https://eu.usatoday.com/story/news/nation-now/2017/04/25/seven-springs-trumps-ny-property-spared-spotlight-now/100905078/ USA Today 25 Aprel 2017 Yerli brokerlər əmlakın dəyərini 2013-cü il tarixinə təxminən 40 milyon dollar olaraq təyin etdilər. Tramp ərazini qolf sahəsi etməklə və ya evlər tikməklə inkişaf etdirməyi planlaşdırırdı, lakin 2015-ci ildə bu planlarından imtina etdi. Beverly Hills – Tramp tərəfindən 2007-ci ildə 7 milyon dollara alınanhttps://www.revealnews.org/article/a-small-time-scam-artist-gave-trump-a-beverly-hills-mansion-for-0-why/ Center for Investigative Reporting. 12 April 2018 və 2013-cü ilədək 8,5 ilə 10 milyon dollar arasında qiymətləndirilən 5 otaqlı bir ev. Trump International Hotel Washington, D.C. – Tarixən Köhnə Poçt İdarəsi və Saat Qülləsi olaraq bilinən, Vaşinqtonda, Pensilvaniya Prospektində yerləşən bir mülkdür. Tramp konqlomeratı bu binanı 2016-cı ilin sentyabrında açılan lüks bir otel halına gətirdi.

Karusel Konqlomerat Manhettendə, Sentral parkda yerləşən, atlı karuseli olan "Central Park Carousel"ini idarə edir. Tramp 2010-cu ildə atlı karuselin idarəsini öz öhdəsinə götürdü və buranı canlandıracağına söz verdi. Karusel illik fəaliyyətdən 589 min dollar gəlir əldə edir.https://www.nytimes.com/politics/first-draft/2015/07/22/f-e-c-releases-donald-trumps-financial-disclosure-statement/ The New York Times. Konqlomeratın karuseli 2021-ci ilə qədər işlətməsinə dair müqaviləsi var.https://www.washingtonpost.com/news/politics/wp/2018/05/16/trump-has-earned-59-million-in-three-years-running-attractions-for-new-york-city/ Washington Post. 16 may, 2018

Buz meydançaları 235px|thumb|right|Uolmen buz meydançası, Sentral park Konqlomerat Sentral parkda yerləşən Uolmen və Lesker buz meydançaları idarə edir. 1986-cı ildə Tramp iqtisadi vəziyyəti pisləşən Uolmen buz meydançasını yenidən qurdu.https://www.nytimes.com/2018/09/12/nyregion/trump-golf-links-ferry-point-central-park-carousel-ice-rink.html The New York Times. 12 Sentyabr 2018 Trampa qazancı xeyriyyə qurumlarına vermək şərtiylə bir il müddətində istifadə etmək imtiyazı verildi.https://www.nytimes.com/1986/06/07/nyregion/trump-to-rebuild-wollman-rink-at-the-city-s-expense-by-dec-15.html The New York Times. 12 Sentyabr, 2018 1987-ci ildə müqavilənin davam etdirilməsi barədə müqavilə bağlanıldı və müqavilənin bir hissəsi olaraq, konqlomerat həmçinin, Lesker buz meydançası üçün də imtiyaz əldə etdi. Onlar imtiyazları 1995-ci ilə qədər saxladılar. 2001-ci ildə meydançaların idarəetmə hüququnu qazandı. İllik fəaliyyətdən 8.7 milyon dollara yaxın gəlir əldə olunur. Müqavilə 2021-ci ilədək davam edəcək.https://www.washingtonpost.com/news/politics/wp/2018/05/16/trump-has-earned-59-million-in-three-years-running-attractions-for-new-york-city/ Washington Post. 16 May 2018

Şərabçılıq