Ağsu döyüşü — 717-ci ildə, Əməvilər xilafəti, onların müttəfiqləri olan Türgiş xaqanlığı*Bai, Shouyi et al. (2003). A History of Chinese Muslim (Vol.2). Beijing: Zhonghua Book Company. ., pp. 235-236 və Tibet imperiyası ilə Tan Çini arasında baş vermiş döyüş. Türgişlərin köməyi ilə irəliləyən ərəblər həmin il Sincan regionunda yerləşən Ağsu və Üçturfan şəhərlərini mühasirəyə alır. Regiondakı protektoratlarından kömək olan tan qoşunları ərəb qüvvələrinə hücum edir və onları regiondan qovur.
Yer Döyüş Sincan regionunda, Çin–Qırğızıstan sərhədi yaxınlıqlarında baş vermişdir.
Döyüş 717-ci ildə Əməvilər xilafəti öndərliyindəki ərəblər türgiş və tibetli müttəfiqləri ilə Ağsu regionundakı Çin tərəfindən qorunan iki şəhəri mühasirəyə alır. Çinin Mərkəzi Asiyadakı qüvvələrinə öndərlik edən Tan Tszyaxuey ərəblərə qarşı iki ordu göndərir ki, onlardan birinə özü, karluk atlılarından ibarət digərlərinə isə Aşina Sin rəhbərlik edirdi. Döyüşdə ərəblər ağır şəkildə məğlub edilir və regiondan çəkilməli olur. Ərəblərin çoxu əsir götürülür, lakin xilafət onların azad buraxılması üçün xərac ödəyir.
Nəticə Döyüşün nəticəsində ərəblər Mavəraünnəhrin şimalından dəf edilir. Türgişlər Tan sülaləsindən asılı vəziyyətdə qalır və axırda, Fərqanə vadisindəki ərəblərə hücum edir.Zongzheng, Xue (1992), p. 596-597,669
İstinadlar
Kateqoriya:717-ci ildəki münaqişələr Kateqoriya:Ərəblərin Mavəraünnəhrə yürüşü Kateqoriya:Əməvilər xilafətinin döyüşləri Kateqoriya:Türgiş xaqanlığının döyüşləri Kateqoriya:Çin tarixi Kateqoriya:İslam tarixi Kateqoriya:Qazaxıstan tarixi Kateqoriya:Qırğızıstan tarixi Kateqoriya:Tacikistan tarixi