Laz Əziz Əhməd Paşa (; ; ) — Osmanlı sədrəzəmi.

Həyatı Laz Əziz Əhməd Paşa dövlətə xidmətinə yeniçərilərdən başlamış, Qapıçıbaşı rütbəsinə yüksəlmişdir. O, daha sonra Breila şəhərinin valisi olmuşdur. Əziz Əhməd Paşa rus-türk müharibəsinin başlanması ilə qoşunları uyğunlaşdırmaq üçün Ədirnə şəhərinə köçmüşdür. Əziz Əhməd Paşa Hacı Mustafa Ağanın ordusunun ilkin qələbələrindən sonra sədrəzəm olmudur. Osmanlı imperiyasının məğlubiyyəti və 28 may 1812-ci il tarixində Buxarest sülh müqaviləsinin imzalanmasından sonra Xurşid Əhməd Paşa onu məharətsiz olmaqla ittiham edir. Əziz Əhməd Paşa çox keçməmiş vəzifəsindən azad edilir.

Laz Əziz Əhməd Paşa 1814-cü ildə Bursa, daha sonra isə Hələb və Ərzurum şəhərlərinə vali təyin edilir. O, 1819-cu ilin mart ayında Ərzurumda vəfat edir.

Mənbə Buz, Ayhan (2009) "Osmanlı Sadrazamları", İstanbul: Neden Kitap, Danişmend, İsmail Hâmi (1971), Osmanlı Devlet Erkânı, İstanbul: Türkiye Yayınevi. Tektaş, Nazim (2002), Sadrâzamlar Osmanlı'da İkinci Adam Saltanatı, İstanbul: Çatı Yayınevi.

Kateqoriya:Osmanlı sədrəzəmləri Kateqoriya:Osmanlı paşaları