Çuvaşlar – türk xalqlarından biri. Çuvaş dilində danışırlar. Öz dillərindəki "чăваш" kəliməsi çuvaş ləhcələrində "çovaş", "çuvaş" və ya "çıvaş" kimi səslənə bilər.

Kubratın böyük oğlu Batbayan xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bulqarlara Qara Bulqarlar deyilir. Xalqın ən əhəmiyyətli hissələrindən bir qismi şimala köç edib İdil Bulqar dövlətini qurdular və və şimala köç edən İdil Bulqarlarına Ağ Bulqarlar da deyilir. Ağ bulqarlar bugünkü çuvaş xalqının əcdadlarından sayılırlar.

Dini mənsubiyyət Çuvaşların əksəriyyəti xristiandır.

Sayları 2002-ci ildə Rusiya Federasiyasında aparılmış siyahıya almanın yekunlarına əsasən 1.637.094 nəfər çuvaş yaşayır. Onlardan 889.268 nəfəri Rusiyanın Çuvaşiya Respublikasında, 126.532 nəfəri Tatarıstan Respublikasında, 117.317 nəfəri Başqırdıstan Respublikasında yaşamışdır.Всероссийская перепись населения 2002 года

İstinadlar

Həmçinin bax Ön bolqarlar

Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Türk xalqları Kateqoriya:Avropada yaşayan etnik qruplar Kateqoriya:Qazaxıstanda yaşayan etnik qruplar