Patritsiya Libreqts (d. 22 fevral 1966) — Niderlandı təmsil edən su poloçusu.
Karyerası Patritsiya Libreqts, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
İstinadlar
Kateqoriya:Niderlandın Olimpiya su poloçuları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında su poloçuları