Nurol Ejder (türk Əjdaha), Nurol Makinanın buraxdığı bir Türkiyə istehsalı zirehli transportyordur. İki modeli var: Ejder 6x6 və Ejder Yalçın 4x4.https://www.globalsecurity.org/military/world/europe/ejder.html Əməliyyat mənzili 700 km, maksimum sürəti 120 km/s təşkil edir.
Variantları Ejder 6×6 Zirehli transportyoru Əsas 6×6 versiyası uzaqdan idarə olunan 7.62 mm-lik pulemyot və 40 mm avtomatik qumbaraatan ilə təchiz edilmişdir. Müxtəlif silah sistemlərinin və 5 ton ağırlığa kimi silahlı qüllələrin inteqrasiyasını dəstəkləyir. Mina və HHQ-lərdən qorunmaq üçün V formalı gövdəyə malikdir. 8 kq-a kimi mina partlayışlarına tab gətirə bilər. Müdafiəsi modulyar əlavə zireh ilə artırıla bilər.
Bu vasitələrin bir çoxu 2008-ci ildə Gürcüstana satılmışdır.
Ejder Yalçın 4×4 Zirehli transportyoru thumb|Ejder 4×4 MONUSCOnun bir hissəsi olan Senegalese Gendarmeriedə. Avtomobilin dizayn tədqiqatlarına 2012-ci ilin son rübündə başlanılıb və əsas nəqliyyat vasitəsinin prototipi 2013-cü ildə IDEF-də nümayiş etdirilib. Nəqliyyat vasitəsinin kütləvi istehsalına 2014-cü ilin may ayında başlanılıb.
Mina və HHQ-lərdən qorunma təmin etmək üçün üzən döşəmə plitələri və partlayışın təsirini azaldılması üçün oturacaqlara birləşdirilən V formalı gövdə dizaynına malikdir. 11 nəfərlik ekipaj götürə və ya 4 tona qədər yük daşıya bilər.
Vasitə əlavə olaraq inteqrasiya edilmiş, uzaqdan idarə olunan və əllə işləyən silah stansiyaları ilə təchiz edilmişdir. Damda iki silah portu ilə təchiz edilmişdir. Nəqliyyat vasitəsinə quraşdırılmış əlavə silahlanmaya 7.62 mm-lik və 12.7 mm-lik pulemyotlar, 25 mm-lik zenit avtomatı və 40 mm-lik avtomatik qumbaraatan daxildir.
Versiyaları
Hər iki nəqliyyat vasitəsi də aşağıdakılarda daxil olmaqla müxtəlif rollarda istifadə edilə bilmək üçün konfiqurasiya edilə bilər:
Şəxsi heyətin daşınması Kəşfiyyat Nüvə, bioloji və kimyəvi müharibə Atış dəstəyi ATGM daşıyıcısı İFV Minaatan Komandanlıq Xilasetmə Tibbi evakuasiya Mühəndislik
İstifadəçilər thumb|400px|Ejder istifadəçiləri mavi rəngdə göstərilmişdir Ejder 6×6 cari istifadəçilər – 90
Ejder Yalçın 4×4 current operators - 7 – Seneqal Milli Ordusu — 25 fevral 2018-ci ildə satın alınmışdı, birinci partiya 2018-ci ilin martında çatdırılmışdır. – 70 ədəd sifariş edilmişdir – 400 – 1,024 ədəd sifariş edilmişdir – 900 ədəd sifariş edilmişdir
Həmçinin bax
ILGAZ II 4X4
İstinadlar