Azərbaycan Demokratik İstiqlal Partiyası və ya qısaca ADİP — Azərbaycan Milli İstiqlal Partiyasından ayrılan bir qrup insan tərəfindən 1993-cü ildə qurulan siyasi partiya.
Haqqında 4 iyun Gəncə qiyamı sonrasında hakimiyyət dəyişikliyi baş vermiş və Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri və prezidentin səlahiyyətlərini müvəqqəti icra edən seçilmişdir. Bu hakimiyyət dəyişikliyi Azərbaycan Milli İstiqlal Partiyası daxilində müzakirələrə səbəb olmuş, Heydər Əliyev isə qeyri-rəsmi olaraq partiya sədri Etibar Məmmədova və partiya üzvlərinə hakimiyyətdə təmsil olunmağı təklif etmişdir. Partiya daxili müzakirələr nəticəsində təmsil olunmağı dəstəkləyənlər — Babək Hüseynoğlu, Vaqif Kərimov, Qabil Hüseynli, Mübariz Qurbanlı, Gündüz Cəlilov, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları partiyadan istefa verərək Azərbaycan Demokratik İstiqlal Partiyasını təsis etmişdir. ADİP-in təsis olunması üçün yaradılan təşkilat komitəsində Mübariz Qurbanlı, Qabil Hüseynli, Vaqif Kərimov, Gündüz Cəlilov, Vilayət Quliyev təmsil olunublar. Əleyhdarlar Nazim İmanov, Fuad Ağayev, İsa Məmmədov, Bəxtiyar Nəcəfov olublar. Bu hadisələrdən sonra qurulan I Heydər Əliyev hökumətində Azərbaycan Milli İstiqlal Partiyası üzvləri olmamışdır.
Yeni yaranan partiyanın sədri əvvəlcə Qabil Hüseynli, müavinlərdən biri Mübariz Qurbanlı olub. M. Qurbanlı 1 oktyabr 1993-cü ildə partiyaya üzv olmuş və partiyanın həmsədri olmuşdur. 1994-cü ildən Vaqif Kərimov da partiyanın həmsədri olmuşdur. Azərbaycan Demokratik İstiqlal Partiyası dövlət qeydiyyatından keçib. Vaqif Kərimov istisna olmaqla, digər partiya üzvləri də zamanla partiyanı parçalayaraq Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.
1993-cü ildə Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin fərmanı ilə Qabil Hüseynli Azərbaycan Respublikasının dövlət müşaviri vəzifəsinə təyin olunmuşdur. 1995-ci ilədək bu vəzifədə çalışan Qabil Hüseynli 1995-ci ildə həm dövlət müşaviri, həm də Azərbaycan Demokratik İstiqlal Partiyasının sədri postundan istefa vermişdir.
Proporsional seçki üzrə Azərbaycan Demokratik İstiqlal Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:
Vaqif Kərimovun sədrliyi ilə fəaliyyətini davam etdirən ADİP xeyli sonralar — 2003-cü il prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləmək üçün təsis olunan Bizim Azərbaycan Blokunda təmsil olunub.
2010-cu il parlament seçkiləri sonrası Vaqif Kərimov sədrliyi Şöhrət İsmayılova təhvil vermişdir.
Partiya 2013-cü il Prezident seçkilərində İsa Qəmbərin namizədliyini dəstəkləyib.
Partiya sədri Şöhrət İsmayılov 16 aprel 2021-ci ildə vəfat etmişdir.
Seçkilərdə
Parlament seçkiləri SeçkiSədrMajoritarProporsionalCəmiSəs%MandatSəs%Mandat1995Mübariz Qurbanlı 106,7823.0 Birmandatlı seçki dairələri üzrə Azərbaycan Demokratik İstiqlal Partiyası seçkilərə 9 namizədlə qatılsa da, onlardan yalnız 4-ü rəsmi qeydiyyata alınmışdır. 2 millətvəkili ilə I çağırışda təmsil olunan ADİP çağırış sonunda parçalandı. 2 millətvəkili də 1999-cu ildə YAP-a keçdilər.
Əlavə parlament seçkiləri Seçki Sədr Səs Mandat # % fevral 1999 Mübariz Qurbanlı Vaqif Kərimov 7 228 11.81
Rəhbərlik Partiyanın ilk sədri Qabil Hüseynli, daha sonra isə Vaqif Kərimov və Mübariz Qurbanlı olmuşdur. Vaqif Kərimovun ardınca sədr postunu Şöhrət İsmayılov tutmuşdur.
Partiya Ali Məclisinin sədri Gündüz Cəlilov, birinci katibi isə Vilayət Quliyev olmuşdur. Daha sonra baş katib postunu isə Qafar Çaxmaqlı tutmuşdur. #SədrBaşlama tarixiBitmə tarixi1 100pxQabil Hüseynli 1993 19942 100pxMübariz Qurbanlı Vaqif Kərimov 1993 19993 Vaqif Kərimov 1999 20104 Şöhrət İsmayılov 2010 16 aprel 2021
İstinadlar
Xarici keçidlər İlyas Əfəndiyevin vəfatı ilə bağlı Azərbaycan Demokratik İstiqlal Partiyasının başsağlığı məktubu
Kateqoriya:Azərbaycandakı siyasi partiyalar Kateqoriya:Azərbaycandakı mühafizəkar partiyalar