Chaosium Inc. — baş qərargahı Miçiqan ştatının Ann-Arbor şəhərində yerləşən ABŞ videooyun nəşrçisi. Şirkət 1975-ci ildə Qreq Stafford tərəfindən qurulmuşdur.

"Chaosium" şirkətinin əsas buraxılışları H.F. Lavkraft tərəfindən yazılmış "Ktulhunun çağırışı" hekayəsi əsasında yaradılmış rol oyunları, o cümlədən hadisələrinin Staffordun yaratdığı Qloranta dünyasında cərəyan etdiyi "RuneQuest" videooyunudur. "Chaosium" şirkətinin məhsulları çoxu ədəbi mənbələr əsasında istehsal olunmuşdur.

Jurnallar "Chaosium" öz məhsullarını reklam etmək üçün üç jurnal nəşr edir. Onlar:

"Wyrm's Footnotes" — 1976–1995-ci illərdə on dörd nömrə nəşr etmişdir. Jurnal ilk növbədə, "White Bear and Red Moon" videooyununun reklamı üçün nəşr edilirdi, ancaq 1981-ci ildə nəşr edilən 11-ci nömrə ilə birlikdə rəsmi "RuneQuest" jurnalı olmuşdur. "Different Worlds" — 1979–1985-ci illərdə ayda iki dəfə olmaqla 47 nömrə nəşr etmişdir. "Starry Wisdom" — 1997-ci ildə üç nömrə əşr etmişdir. Lavkraft mövzusundadır.

İstinadlar

Xarici keçidlər

A 3rd-party Chaosium history guide

* Kateqoriya:1975-ci ildə yarananlar Kateqoriya:ABŞ nəşriyyatları Kateqoriya:Rol oyunu nəşriyyatları Kateqoriya:Jurnal nəşriyyatları Kateqoriya:Hovard Lavkraft