Futbol ( — ayaq, ball — top) — hər biri 11 oyunçudan ibarət olmaqla iki komanda arasında topla oynanılan oyun və idman növü.

Dünyanın 200-dən çox ölkəsində 250 milyon futbolçu tərəfindən oynanılır, bu da onu dünyanın ən məşhur idman növü edir. Oyun hər sonunda qapı olan düzbucaqlı meydanda oynanılır. Oyunun məqsədi rəqibin qapısından mümkün qədər çox qol keçirməkdir.

Qapıçılar oyunda əllə oynamaq icazəsi olan yeganə oyunçulardır. Ancaq onlar bunu öz qapılarının önündəki cərimə meydançasının daxilində edirlər. Digər oyunçular zərbə vurmaq və ya pas vermək üçün əsasən ayaqlarından istifadə edirlər. Həmçinin onlar başlarını və bədənlərinin qoldan başqa hissələrini də istifadə edə bilərlər. Oyunda ən çox qol vuran komanda qalib gəlir. Əgər hesab bərabər olarsa, yarışın formatından asılı olaraq ya heç-heçə elan edilir, ya da oyun əlavə vaxtla və ya penaltilər seriyası ilə davam etdirilir. Futbolun qaydaları ilkin olaraq 1863-cü ildə İngiltərənin Futbol Assosiasiyası tərəfindən sistemləşdirilmişdir. Futbol beynəlxalq səviyyədə hər 4 ildən bir kişilər və qadınlar üçün dünya çempionatları təşkil edən"2002 FIFA World Cup TV Coverage". FIFA. 5 December 2006. Archived from the original on 14 March 2005. Retrieved 6 January 200 FİFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) tərəfindən tənzimlənir. 25 may tarixi BMT-nin qərarı ilə dünya futbol günü kimi qeyd edilir.

Oyunun adı FİFA və Beynəlxalq Olimpiya Komitəsi "futbol" sözünü oyunun rəsmi beynəlxalq adı kimi istifadə edirlər.

Oyunun ingilis dilində tam adı "association football" ("Assosiasiyanın qaydalarına görə futbol") 1863-cü ildə İngiltərə futbol assosiasiyasının yaradılmasından sonra seçildi ki, o vaxt mövcud olan futbolun digər növlərindən ayırd etmək mümkün olsun, məsələn, əllə oynamağa icazə verilən reqbi futbolundan. Zaman keçdikcə oyunun uzun variantda olan adları gündəlik nitq və mətbuatda istifadəsi azaldı. İngiltərədə əvvəlcə "assoc" qısaltması yayıldı, ondan sonra "soc" qısaltmasına "-er" şəkilçisi əlavə etməklə 1880-ci illərdə "sokker" () termini yarandı. Dövri mətbuatda "soccer" termini ən azı 1892-ci ildən istifadə olunur.↑ Baily's Magazine of Sports & Pastimes, vol. lvii . — London: Vinton, 1892. — P. 198.

Bizim günlərdə "sokker" adı bir sıra ingilisdilli ölkələrdə yayılıb, hansında ki futbolun digər növləri tarixən populyarlığını saxlaya biliblər. Məsələn, Avstraliya və Yeni Zelandiyada futbol adını Avstraliya futbolu və Reqbi liqinə aid edirlər. İrlandiyada "futbol" termini Gal futbolunda işlədilir, ona görə də mətbuatda "soccer" istifadə olunur. CAR-da oyun daha çox "soccer" kimi tanınır ki, bu da həm ölkə çempionatının adında Premier Soccer League, həm də 2010 DÇ-nın finalı keçirilən Sokker Siti stadionun adında əks olunub. ABŞ və Kanadada "soccer" termini işlədilir, çünki oralarda futbol adı Amerika futbolu və Kanada futboluna aid olunur.

Oyunun adı başqa dillərdə belə adlandırılıb: Azərbaycan dilindəki kimi, ingilis dilindən football sözünü götürüblər; Football sözünü kalkalaşdıraraq mənimsiyiblər. Məsələn, alman dilində Fußball, yunan dilində ποδόσφαιρο, fin dilində jalkapallo sözləri "ayaq topu" mənasını verir. "Təpik atmaq" və "ayaq" sözlərindən törəmə söz düzəldiblər. Məsələn, italyan (calcio) və xorvat (nogomet) dillərində olduğu kimi.

Tarixi

FİFA-ya görə Çin rəqabət oyunu olan Tsu (蹴鞠, hərfbəhərf mənası ilə "topa vurmaq") futbolun ən erkən formasıdı, bunun üçün də elmi sübutlar mövcuddur."History of Football ". FIFA Tsu oyunçularına topa əldən başqa bütün bədən üzvləri ilə toxunmaq icazələri var idi və onların əsas məqsədi topu torun ortasında diametri təxminən 30 santimetr olan deşikdən keçirmək idi. Bu həddindən artıq müasir futbola oxşayırdı, hərçənd reqbi ilə də oxşarlıqlar yaranırdı."FIFAClassicFootball ". FIFA.com. FIFA. Han sülaləsinin (E.ə. 206 — b.e. 220) hakimiyyəti zamanı tsu oyunu standartlaşdırıldı və qaydaları qoyuldu."Football" .

Phaininda və episkyros yunanların topla oynanılan oyunları idi.Classic Football History of the Game" . FIFA.comA gripping Greek derby" . FIFA.com Episkyros oynayan oyunçunun barelyef formasında vazaya təsvir edilmiş şəkili UEFA Avropa Çempionatında istifadə edilmişdir. Həmən vaza Afina Milli Arxeologiya Muzeyində saxlanılır.(NAMA) 873  eksponatı Afina Milli Arxeologiya Muzeyində Yazıçı Afiniyin 228-ci ilə aid yazılarının birində romalıların topla oynanılan harpastum oynunun adını çəkir. Phaininda, episkyros və harpastum əl və zorakıllığın istifadəsi ilə oynanılan oyunlar idilər. Görünən odur ki, bütün bu oyunlar daha çox reqbi, güləş və voleybolu xatırladırdılar nəyinki müasir futbolu.Nigel Wilson, Encyclopedia of Ancient Greece, Routledge, 2005, p. 310Nigel M. Kennell, The Gymnasium of Virtue: Education and Culture in Ancient Sparta (Studies in the History of Greece and Rome), The University of North Carolina Press, 1995, Google Books saytındaSteve Craig, Sports and Games of the Ancients: (Sports and Games Through History), Greenwood, 2002, Google Books saytındaDon Nardo, Greek and Roman Sport, Greenhaven Press, 1999, p. 83Sally E. D. Wilkins, Sports and games of medieval cultures, Greenwood, 2002, Google books saytında Futbolun rəqabət olmayan növləri də var, onlar Yaponiyada kemari, Koreada tsu çu, Avstraliyada isə woggabaliri adı ilə tanınırlar.

Müasir futbolun özünə məxsus klassik tarixi yoxdur."Fury as FIFA finds a field of dreams in China" . Bangkok Post article. 5 iyun 2014.  Dünyanın bir çox yerində mövcud olan diger top oyunların futbolla oxşarlıqlarların olmasına baxmayaraq, FİFA Avropadan kənarda yaranmış qədim oyunların futbolla heç bir tarixi əlaqəsi olmadığını hesab edir.Classic Football History of the Game" . FIFA.com. 10 iyun 2014. Futbolun müasir qaydaların yaranması 19-cu əsrin ortalarında İngiltərənin məktəblərində oynanılan futbolun müxtəlif formalarını standartlaşdırmaq üçün edilən səylər ilə bağlıdı. İngiltərədə futbol ən azı 8-ci əsrdən mövcuddur.History of Football – Britain, the home of Football". FIFA. Orijinalın arxivləşdirilməsi 1 iyul 2007-ci ildə edilmişdir

İlk dəfə 1848-ci ildə Kembric Universitetində tərtib edilmiş "Kembric qaydaları" futbolun da inkişafına xüsusilə böyük təsir göstərmişdir. Kembric qaydaları Triniti kollecində keçirilən və Harrou, Raqbi, Vinçester, İton və Şrusberi məktəblərin nümayəndələrinin də iştirak etdiyi görüşdə yazılmışdır. Bu qaydaları hər yerdə qəbul etmədilər. 1850-ci illər ərzində futbolun müxtəlif növlərini oynamaq üçün ingilis dilli ölkələrdə məktəb və ya universitetə bağlı olmayan bir çox klublar formalaşmışdı. Bəzi klubların öz qayda nizamnamələri vardı, onlar içərisində ilk növbədə 1857-ci ildə keçmiş məktəblilər tərəfindən yaranan Şeffild klubunun adını çəkmək olar.Harvey, Adrian (2005). Football, the first hundred years. London: Routledge. p. 126. ISBN 0-415-35018-2. Appinqam () məktəbindən olan Con Çarlz Trinq həmçinin nüfuzlu qaydalar siyahısını hazırlamışdır.Winner, David (28 March 2005). "The hands-off approach to a man's game" . The Times. London.

Tarixi, ədəbi mənbələr hələ IV–V əslərdə müxtəlif ölkələrdə topla oyunun mövcudluğu barədə məlumat veriblər. Arxivlərdən belə məlumatlar da tapılmışdır ki, daha qədim dövrlərdə müxtəlif xalqlar ayaqla top oynamışlar: məsələn, Qədim Romada, Böyük Novqorodda, orta əsrlərdə Fransada və İtaliyada.

Lakin o oyunlar indiki futbola çox az oxşamışdır. Futbolun vətəninin İngiltərə olduğunu düşünənlər çoxdur. Amma, müasir futbola çox oxşayan oyun 2000 il əvvəl Çində mövcud imiş. Bu oyun tsu-cu adlanırdı. Bu oyun içinə quş tükü doldurulmuş dəri topla oynanırdı. Topa yalnız əllə toxunmaq olmazdı, əldən başqa bütün bədən üzvləri ilə toxunmaq, vurmaq mümkün idi. Müasir terminlə desək, daha çox qol vuran qalib olurdu. Qapılar dirəklərdən və tordan düzəldilən müasir futbol qapılarına çox oxşayırdı. Fərq onda idi ki, torun ortasında diametri təxminən 30 santimetr olan deşik olurdu və topu məhz həmin deşikdən keçirmək lazım idi. Komandalarda 2-dən 16-ya qədər oyunçu ola bilərdi.

Tsu-cunun bir neçə variantı vardı. Bir varinatda rəqib komandalar topu qovub rəqibin torundan keçirməli idilər. Bəzən komandaların hər birinin yan-yana bir neçə qapısı olurdu. Bəzən isə komandalar kontaktda olmurdu. Qapı ortada quraşdırılırdı və hər bir komanda onu meydanın özünə aid hissəsindən vurub tordan keçirməyə çalışırdı. Tsu-cunun adı ilk dəfə milladdan əvvəl 3-cü əsrə aid mənbədə çəkilir. "Tsu" – topu vurmaq, "cu" isə içi doldurulmuş dəri deməkdi. İlk dövrlərdə əsgərlər üçün təmrinlərdən olan bu oyun daha sonra zadəganlar arasında da dəb düşmüş, nəhayət saraya yol tapmışdı. Hətta Sonq sülaləsindən olan imperator Taizu özü də tsu-cu oynayardı. Bu oyun bayramların, festivalların da ayrılmaz hissəsi idi.

Tsu-cu 17-ci əsrdən başlayaraq Çində populyarlığını itirib. Bu oyun müasir futbola çox oxşadığına görə, Çin futbolun vətəni də sayıla bilər. Təsadüfi deyil ki, 2004-cü ildə FİFA rəsmisi bildirmişdi ki, tsu-cu müasir futbolun sələfləri arasında ən qədimidir.

1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşırlar. Onlar arasında mübahisə gedir: futbolu "yalnız ayaqla" oynasınlar, yoxsa "ayaq və əllə"? "Yalnız ayaqla" oyun tərəfdarları öz ittifaqlarını yaradırlar. Bu ittifaq da oyunun ilk qaydalarını işləyib-hazırlayırlar. Həmin qaydalar heç də mükəmməl deyildi və bir neçə onillik ərzində ona əlavələr oldu, dəyişikliklər edildi.

Hakim meydana fit ilə yalnız 1878-ci ildə çıxmışdır. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. Onbirmetrlik cərimə zərbəsi (penalti) 1891-ci ildən oyunun qaydalarına daxil edilmişdir. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlamışlar.Ümumdünya futbol günü

Futbol stadionu 200px|thumbnail|right|Braziliyada yerləşən Marakana stadionu

Futbol meydanının uzunluğu 90–110 metr, eni 60–75 metr olan düzbucaqlı şəkildədir. Qısa tərəflərin ortasında bir-biri ilə üzbəüz iki qapı olur, dəri topu da bu qapılardan keçirmək lazımdır. Futbol qapısının sahəsi 18 m-dir (eni 7.32 m, hündürlüyü 2.44 m). Dünyada ən böyük stadion Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana" stadionudur. "Marakana" stadionu 200 min tamaşaçı tutumuna malikdir.

Futbol üzrə dünya çempionatı

Futbol üzrə dünya çempionatı dörd ildən bir təşkil edilir. 1930-cu ildə keçirilən çempionatın qalibi Uruqvay komandası olmuşdur. Sonuncu çempionat 2022-ci ildə 20 noyabr-18 dekabr tarixləri arasında Qətərda keçirilmiş və Argentina milli komandası çempion olmuşdur.

Qaydaları Rəqibə təpik vurmaq, badalaq gəlmək, təhlükəli hücum etmək, üstünə atılmaq, əllə tutmaq və itələmək futbolçuya qadağandır. Qapıçıdan başqa heç bir oyunçu bilərəkdən əllə oynaya bilməz. Bu qaydalar pozulduqda hakim cərimə zərbəsi təyin edir. Əgər oyunçu qaydaları pozmaqda davam edərsə, hakim ona xəbərdarlıq edir. Xəbərdarlığa məhəl qoyulmadıqda isə oyunçuya sarı və ya qırmızı kart göstərilir: sarı kart xəbərdarlıq sayılır, qırmızı kart isə oyunçunun meydandan çıxarılması ilə nəticələnir..

Ofsayd 200px|thumbnail|Yan xətt hakimi oyundan kənar vəziyyət qeydə alır

Futbolda "oyundankənar vəziyyət" deyilən çox mühüm bir anlayış var. Belə bir vəziyyət yarandıqda oynamaq olmaz. Əgər futbolçu topu öz komanda yoldaşına ötürərkən yoldaşı ilə rəqib qapı arasında təkcə rəqib qapıçı qalıbsa, onda "oyundankənar vəziyyət yaranır. Başqa sözlə, ön hücum xəttində mövqe seçərkən qarşında qapıçı da daxil olmaqla azı 2 oyunçu olmalıdır.

Oyunun müddəti və davametmə vaxtı Futbol matçı hər biri 45 dəqiqə olan iki hissədən ibarətdir. Hər bir hissə fasiləsiz davam edir, yəni top meydanın kənarında olsa belə, oyun dayanmır. Hissələr arasında fasilə adətən 15 dəqiqə çəkir. Baş hakim oyunun rəsmi xronometristdir və əvəzetmələrə, oyunçu zədələrinə və sayr dəyandırılmalara görə itirilən dəqiqələri o, hissənin sonuna əlavə edə bilər. Əlavə vaxtın müddəti referinin səlahiyyətindədir. Yalnız baş hakim oyunu başa çatdıra bilər.