Svetoslav Petrov (; ) — keçmiş bolqar futbolçu, yarımmüdafiəçi mövqeyində çıxış edib. Hazırda Bolqarıstanın "Dobruca" klubunun baş məşqçisidir.

Həyatı

Klub karyerası Petrov doğulduğu Dobriç şəhərini təmsil edən "Dobruca" klubunun yetirməsidir. Peşəkar karyerasını da 1996-cı ildə məhz burada başlayıb. 1999-cu ilə qədər "Dobruca" klubunda çıxış edib. Bu müddət ərzində komandanın heyərində 59 oyun keçirib. 2000-ci ildə "MOİK Sofiya" komandasına keçib. İlk mövsümündə komandanın heyətində 13 oyun keçirib, 2 qol vurub. "MOİK" mövsümü ikinci yerdə bitirb. Növbəti mövsümdə 25 oyun keçirib və 4 qol vurub. "MOİK" yenə mövsümü ikinci yerdə bitirib. 2001/02 mövsümündə 28 oyun keçirib, 1 qol vurub. "MOİK" bu dəfə mövsümü üçüncü yerdə bitirib. Eyni mövsümdə komandası ilə birlikdə ölkə kubokunun gümüş mükafatını qazanıb. 2002/03 mövsümündə "MOİK" ölkə çempionu adını qazanır. Çempionluq mövsümündə Petrov komandasının heyətində 24 oyun keçirir və 3 qol vurur. Növbəti mövsümdə komandasının heyətində 21 oyun keçirib, 2 qol vurub. "MOİK" ölkə çempionatın bürünc, kubokunun isə gümüş medallarını qazanıb.

2004-cü ildə Krasnodarın "Kuban" klubuna transfer olunub. İlk mövsümündə komandasının heyətində Rusiya çempionatında 17 görüş keçirib. Növbəti mövsümdə "Kuban"ın heyətində Rusiya çempionatında 15 görüş keçirib, 2 qol vurub. 2005-ci ilin iyununda "Kuban" ilə olan müqaviləsinin müddəti bitdiyindən komandanı tərk edib.

2005-ci il mövsümünün ikinci hissəsini öz ölkəsində — Sofiyanın "Lokomotiv" komandasında keçirib. 2006-cı ilin qış transfer pəncərəsi dönəmində Azərbaycanın "Neftçi" komandasına keçib. 2005/2006 mövsümündə Bakı təmsilçisinin heyətində 13 oyun keçirib, 3 qol vurub. "Neftçi" mövsümü üçüncü yerdə bitirib. Növbəti mövsümdə "Neftçi"nin heyətində 10 oyun keçirib, 1 qol vuran Petrov, komandası ilə birlikdə ölkə çempionatının gümüş medalını qazanır. 2007-ci ildə icarə əsasında Çinin "Çançun Yatay" klubuna keçib. Burada 16 oyun keçirən Petrov, komandası ilə birlikdə ölkə çempionu olur. İcarə müddəti bitdikdən sonra "Neftçi"yə qayıdıb. 2007/2008 mövsümndə komandasının heyətində 8 oyun keçirib və ölkə çempionatının bürünc mükafatını qazanıb. "Neftçi"dəki son mövsümündə əsas heyətdəki yerini itirib və ilk dövrəni ehtiyat oyunçular skamyasında keçirib. İkinci dövrədə 13 oyun keçirib, 1 qol vurub.

23 iyun 2009-cu ildə əvvəllər də heyətində çıxış etdiyi "MOİK Sofiya" komandası ilə 2 illik müqavilə bağlayıb. Petrovun peşəkar karyerasında sonuncu klubu "Botev Plovdiv" komandası olub.

Milli karyerası Petrov 2000–2003-cü illər aralığında formasını geyindiyi Bolqarıstan milli futbol komandasının heyətində ümumilikdə 11 oyun keçirib.

Şəxsi həyatı Svetoslav Petrov Virciniya adlı xanımla evlidir. İki qızı, bir oğlu var.

Mükafatları MOİK Sofiya Bolqarıstan Çempionatı: 2003

Çançun Yatay Çin Çempionatı: 2007

İstinadlar

Xarici keçidlər Svetoslav Petrov Nationall-football-teams.com saytında Svetoslav Petrov Transfermarkt.com saytında

Kateqoriya:Bolqarıstan futbolçuları Kateqoriya:Kuban Krasnodar FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycanda legioner Bolqarıstan idmançıları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Çin Super Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:ÇSKA Sofiya FK futbolçuları Kateqoriya:Bolqarıstan futbol məşqçiləri Kateqoriya:Bolqarıstan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan) futbolçuları