Anabar ulusu () — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Saskılax kəndidir.
Coğrafiyası Anabar ulusu Saxa Respublikasının şimal-qərbində, şimal enliyinin 71° ilə 76° arasında yerləşir. Ulus 55.6 min km² geniş bir ərazini tutur və respublikanın Bulun və Olenok ulusları, həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhəddir.
Böyük çayları: Anabar, Uele. Böyük gölləri: Ulaxan-Kyuel, Baqanıtta-Kyuel, Sappiya.
Tarix 10 dekabr 1930-cu ildə Ümum-Rusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti Yakutiya Muxtar Sovet Sosialist Respublikasının tərkibində şimaldakı kiçik etnik qrupların məskunlaşdığı ərazidə, Anabar milli (Evenk) bölgəsinin (regional mərkəz Uca) qurulması qərarı alır. Qərarı Ümum-Rusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri M. İ. Kalinin imzalayır. Anabar ulusu hələ də bir milli mahal statusunu qoruyub saxlayır. 1 yanvar 2003-cü ildən etibarən Anabar ulusunda inzibati islahat aparılır. 2004-cü ilin yanvar ayında Anabar ulusu Yakutiya bələdiyyələrindən birincisi olaraq milli statusu təsdiqlənən bələdiyyələrin federal reyestrinə daxil olmasını təsdiqləyən 004393 nömrəli sertifikat alır.
Əhalisi Milli tərkib 2010-cu il Ümum-Rusiya siyahıyaalmasına görə: dolğanlar — 42,39 %, evenklər — 22,74 %, saxalar — 21,59 %, evenlər — 6,43 %, ruslar — 3,71 %, ukraynalılar — 0,94 %, digər millətlərdən olanlar — 2,17 %. Росстат..
Yerli özünü idarəetmə Anabar ulusu ərazisinə 2 kənd inzibati vahidliyinə ümumilikdə 3 yaşayış məntəqəsi daxildir.
Sosial sfera Anabar Milli Ulusun 2007-ci ilədək sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, aşağıdakı obyektlər tikiləcəkdir: Saskılax kəndində 220 yerlik orta məktəb, Saskılaxda 30 çarpayılıq bir xəstəxana kompleksi, Saskılaxda 300 yerlik bir sosial və mədəniyyət mərkəzi, Uryunq-Xaya kəndində mədəniyyət və idman kompleksi, Saskılaxda 4000 tonluq bir neft anbarı, Saskılax və Uryunq-Xaya kəndlərindəki veteranlar üçün yaşayış binaları, fərdi yaşayış binaları, Uryunq-Xaya kəndində 2 avtomobil üçün yanğınsöndürmə binası. Yuxarıda göstərilən obyektlərdən Saskılaxdakı bir sosial-mədəni mərkəz və veteranlar üçün yaşayış evləri 2004-cü ildə istismara verilmişdir: Saskılaxda altı mənzil, Uryunq-Xayada iki mənzil. Bundan əlavı 2004-cü ildə sənaye və sosial təyinatlı yeni obyektlər tikilərək istifadəyə verildi: 2400 kilovoltluq modul tipli dizel elektrik stansiyası, hamam və camaşırxana kompleksi, Saskılaxda yeni qazanxana, Uryunq-Xaya və Saskılaxda iki yanacaqdoldurma məntəqəsi.
İstinadlar
Kateqoriya:Saxanın ulusları Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər