Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri () — Nasizm rejiminin təqibinə məruz qalmış şəxslərə kompensasiya ödənilməsi məqsədilə 1959-1964-cü illərdə Qərbi Almaniya (indiki Almaniya Federativ Respublikası) ilə on iki Qərbi Avropa ölkəsi (Avstriya, Belçika, Danimarka, Fransa, Yunanıstan, İtaliya, Lüksemburq, Niderland, Norveç, İsveç, İsveçrə və Birləşmiş Krallıq) arasında bağlanmış sazişlər toplusu. İkitərəfli sazişlərlə Almaniya hər hansı hüquqi öhdəlik olmadan, könüllü şəkildə ümumilikdə 876 milyon alman markı ödəyəcəyini müəyyən etmişdir.
Soyuq müharibə dövründə hökm sürən siyasi vəziyyətə görə, Nasizm rejiminin işğalından əziyyət çəkmiş heç bir Şərqi Avropa dövləti ilə bu cür müqavilələr bağlanmamışdır. Özünü Alman Reyxinin varisi hesab etməyən Şərqi Almaniya isə bu ikitərəfli sazişlərin heç birində iştirak etməsə də, 1980-ci illərdə Avstriya, Finlandiya və İsveçlə barışıq sazişləri bağlamışdır.
Sazişlər Almaniya aşağıdakı dövlətlərlə müqavilələr bağlamışdır: DövlətİlKompensasiya (alman markı ilə)Avstriya196195 milyonBelçika196080 milyonDanimarka195916 milyonFransa1960400 milyonYunanıstan1960116 milyonİtaliya196140 milyonLüksemburq195918 milyonNiderland1960125 milyonNorveç195960 milyonİsveç19641 milyonİsveçrə196110 milyonBöyük Britaniya196411 milyon
Sonrakı mərhələ Bu sazişlərə görə Almaniya sonrakı məhkəmə işlərində müharibə cinayətinin qurbanları və onların ailə üzvləri tərəfindən irəli sürülən növbəti kompensasiya iddialarına münasibətdə hər hansı maddi məsuliyyətini inkar etmişdi. Bununla yanaşı, Almaniya müharibə cinayətkarlarının İtaliya kimi ölkələrə ekstradisiya edilməsi ilə bağlı qanuni öhdəliyini aradan qaldırdı. İtaliya məhkəmələrinin Almaniya hökumətinin üzərinə kompensasiya ödəmək öhdəliyini qoyan çoxsaylı təkrarlanan qərarlarından sonra, Almaniya immunitet tələbi ilə işi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmişdi. 2012-ci ildə Məhkəmə Almaniyanın lehinə qərar vermişdi.
1990-cı ildə birləşmiş Almaniya oxşar məzmunda sazişi ABŞ dövləti ilə də bağlamışdı.
Həmçinin bax İsrail–Almaniya Reparasiya Sazişi İstinadlar
Kateqoriya:Almaniya Federativ Respublikasının müqavilələri Kateqoriya:Almaniya–Avstriya münasibətləri Kateqoriya:Almaniya–Belçika münasibətləri Kateqoriya:Almaniya–Danimarka münasibətləri Kateqoriya:Almaniya–Fransa münasibətləri Kateqoriya:Almaniya–Yunanıstan münasibətləri Kateqoriya:Almaniya–İtaliya münasibətləri Kateqoriya:Almaniya–Lüksemburq münasibətləri Kateqoriya:Almaniya–Niderland münasibətləri Kateqoriya:Almaniya–Norveç münasibətləri Kateqoriya:Almaniya–İsveç münasibətləri Kateqoriya:Almaniya–İsveçrə münasibətləri Kateqoriya:Almaniya–Birləşmiş Krallıq münasibətləri Kateqoriya:Nasizm