Konso və ya Karati — Efiopiyanın cənub-qərbindəki Saaan çayı üzərində bir şəhərdir. Qonşu sakinlərdən bəziləri tərəfindən Pakavle adlanır.Klaus Wedekind, "Sociolinguistic Survey Report of the Languages of the Gawwada (Dullay), Diraasha (Gidole), Muusiye (Bussa) Areas" , SIL Electronic Survey Reports, 2002-065, p. 16.

Tarix 1897-ci ildə Efiopiya imperatoru II Menelik şəhəri ələ keçirdi.Shako Otto, Traditional Konso culture and the missionary impact , Persee.fr, 2005

Konso və onun mədəniyyəti XX əsrdə tədricən avropalılar tərəfindən aşkar edildi. Ata Azais 1931-ci ildə Vaqa (va'kka) heykəllərini təqdim etdi. 1956-cı ildə Murdok şəhərin arxeoloji meqalitlərini çuşti xalqı ilə əlaqələndirdi. 1962-ci ildə nəşr olunan Markets of Africa-da müəllif şəhərdəki yüksək səviyyəli qədim iqtisadi inkişafları qeyd edir. 1984-cü ildə Amborn bölgənin tarixi əmək tələb edən kənd təsərrüfatı texnikalarını öyrəndi.

Ərazi, ümumdünya mədəni əhəmiyyətinə görə 30 sentyabr 1997-ci ildə UNESCO-nun Müvəqqəti Ümumdünya irsi siyahısına, 2011-ci ildə isə rəsmi olaraq Ümumdünya irsi siyahısına daxil edildi. Konso, Efiopiyada "mədəni landşaft" olaraq tanınan ilk yerdir.Ethiopia: Konso People Celebrate UNESCO World Heritage Support , Christensenfund.org, 1 avqust 2012

2007-ci ildə şəhərin şimalında Strawberry Fields Eco-Lodge şirkəti qurulmuşdur və qida yetişdirmək, ekoturizmi təbliğ etmək və permkulturalizm təhsili vermək üçün beynəlxalq könüllülər və üç yerli məktəb ilə işləyir."Strawberry Fields Eco-Lodge - An Adventure of a Stay" , Make Travel Fair UK website (accessed 15 yanvar 2011)

Təsviri Konso xalqının adını daşıyan Konso, dini adət-ənənələri, vaqa heykəlləri və yaxınlıqdakı fosil yataqları (son erkən hominidlərin arxeoloji məkanı) ilə məşhurdur.

Demoqrafiya Efiopiya Mərkəzi Statistika Agentliyinin 2005-ci ildəki rəqəmlərinə əsaslanaraq, Konsonun ümumi əhalisi 4.593 nəfərdir. Bunlardan 2.258 nəfəri kişi, 2.335-i isə qadındır. 1994-cü ildə keçirilən milli siyahıyaalmada isə bu şəhərin ümumi əhalisinin 1250 nəfəri kişi, 1285 nəfəri qadın olmaqla 2535 nəfər olduğu bildirilmişdi.

İstinadlar

Kateqoriya:Efiopiyadakı ümumdünya irsi Kateqoriya:Efiopiya şəhərləri