Mirzə İbrahim oğlu Hüseynov () — 1967-ci ildən 1980-ci ilə qədər Azərbaycanın ağır atletika idman növü üzrə yığma komandasının baş məşqçisi

Həyatı Hüseynov Mirzə İbrahim oğlu 18 mart 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1952-ci ildə "Dinamo" İdman Cəmiyyətində, idmanın müxtəlif növləri üzrə məşqlərə başlamışdır. Xüsusən ağırlıqqaldırma növündə fərqlənərək idman ustası səviyyəsinə qədər yüksəlmişdir. 1963-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 1967-ci ilə qədər dəfələrlə Azərbaycanın və "Dinamo" İC-nin Ümumittifaq Mərkəzi Şurasının çempionu və rekordçusu olmuşdur. Azərbaycan yığma komandasının tərkibində 3 dəfə (1956, 1959 və 1963-cü illərdə) SSRİ Xalqlarının Spartakiadalarında Respublikanın idman şərəfini qorumuşdur.

Ölümü 21 iyun 2020-ci ildə Bakı şəhərində vəfat edib.

Fəaliyyəti

İdman və pedaqoji fəaliyyəti 1984-cü ilə qədər davam edən məşqçilik dövründə o, eyni vaxtda müsabiqələrdən keçməklə, 1967–71-ci illərdə ADU-da müəllim, 1971–88-ci illərdə Az. DBTİ-də baş müəllim işləmişdir və 1988-ci ildən dünənə qədər ATU-nun bədən tərbiyəsi və idman kafedrasında dosent vəzifəsində çalışmışdır. 1967-ci ildən 1980-ci ilə qədər o, Azərbaycanın ağır atletika idman növü üzrə yığma komandasının baş məşqçisi olmuşdur.

Təltif və fəxri adları "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi"; "Beynəlxalq dərəcəli hakim"; "Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi"< Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında

İstinadlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:SSRİ ağır atletləri