Dəmirqapı və ya qədim variant ilə Temir Qapıq — tarixi dövrlərdə Orta Asiyanın Mavəraünnəhr hissəsinin cənub bölgələrində yerləşmiş olan tarixi məşhur keçid. Qəbul edilmiş fikirlərə görə, bu yer Bəlx şəhərini Səmərqəndə bağlayan yol üzərində qayalıq keçid və ya dağ boğazı idi. Səkkinci əsrin ilk on illərindən tarixləndirilən türk runic hərfli abidələrində Temir Qapıq topinimi tez-tez anılmaqdadır.Vilhelm Thomsen, Inscriptions de l‘Orkhon déchifrées. MSFOu. 1896, s. 137Vilhelm Thomsen, Orhon Yazıtları Araştırmaları, Türk Dil Kurumu, Ankara 1993, s. 207Hüseyin Namık Orkun, Eski Türk Yazıtları, Türk Tarih Kurumu Basımevi, Ankara 1986, s. 24, 28, 32, 36, 46, 114, 116, 138.

Mövqe Tonyukuk abidəsindən göytürklərin İnci çayını (Amudərya) keçərək düşmənlərini Dəmirqapının ö tərəfinə qovub imperiyanın hüdudlarını Göytürk abidələrində daima imperiyanın qərb sərhədləri sayılan Dəmirqapı keçidinə qədər genişlətmiş olduqlarını bilirik. Qəbul edilmiş fikirlərə görə, bu yer Bəlx şəhərini Səmərqəndə bağlayan yolun üzərində qayalıq keçid olmuşdur. Tomsenə görə, 12–20 m genişliyində, 3 km uzunluğunda dar dağ keçidi dünyanın ən möhtəşəm şeylərindən biridir.

Ən məşhur Dəmirqapı heç şübhəsiz Göytürk abidələrinin bayaq adı keçən Mavəraünnəhrdəki Baysun-tau dağında, bü günki Dərbənd adlı kəndin yaxınlığında, köhnə Səmərqənd-Tirmiz yolu boyunda yerləşməkdədir.Encyclopaedia of Islam. II, s. 204/a, II, s. 115/b. Birinci dəfə boğazdan 630-cu ildə keçən və bu ətrafları bu sözlərlə izah edən məşhur çinli səyyah Hiuan-tsanq demişdir:

Şurab (Şurob) çayının nisbətən geniş vadisi 9-10 kilometrə qədər uzanır. Cənubdan, dərə Susyztau silsiləsi ilə (Susiztag), şimaldan Sarymas dağı ilə (1886 m) ilə həmsərhəddir. Bundan əlavə, kiçik Çak-Çak (Çakçak) çayının vadisi Akrabatski aşırımına aparır. Şurab (Şurob) çayının vadisinin şimal tərəfində yerli Kurqanak və ya Kurgan Sherhodzha kimi tanınan güclü bir qala (təxminən 80 × 50 m) qalıqları vardır. Yüksək gərginlikli elektrik xətti üçün dayaqlar inşası zamanı daş və palçıq kərpicdən hazırlanmış qalanın divarları dağıdıldı. Təxminən qalanın ortasından qala divarını Surabaya aparır. Digər bir divar, qala yerindən cənub-şərqdən şimal-qərb istiqamətində olan Şurab vadisi üzərində 400 m-dən çox məsafəyə qalxan qayalı bir qayanın üstü boyunca uzanır. İkinci divarın ümumi uzunluğu təqribən 1,5 km, hündürlüyü 2 metrdən 5 metrə qədərdir. Xarici və içəridən divar kvadrat xam kərpicdən (32 × 32 × 11 və 33 × 33 × 11 sm) hazırlanmışdır. Döşəmə eni 2 və 2,5 m, təməldəki divarın eni təxminən 6,5 m, divarın daxili boşluğu daş və torpaq blokları ilə doldurulmuşdur. Dərbənddən cənubda, Şurabadın sol sahilində orta əsr karvansarayının xarabalıqları, bir neçə Xumdanlar var və yaxınlığında köhnə kanalın kanalı izlənilir.

Orxon abidələrində Dəmir Qapı Dəmir Qapı keçidi mətnlərdəki forması ilə Temir Qapıq Orxon abidələrinin bir çox yerində qeyd edilmişdir.

Həmçinin bax Dəmirqapı (Dərbənd) Dəmirqapı (Dunay)

İstinadlar

Xarici keçidlər Imre Baski, “Demirkapılar (Temır Qapïg, Vaskapu, Dömörkapu)”, Turkish Studies, Volume 2/2 Spring 2007, s. 73-88.

Kateqoriya:Göytürk xaqanlığı Kateqoriya:Özbəkistan coğrafiyası