Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatlar — azərbaycanlı müğənni, aktrisa, bəstəkar, prodüser Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatların siyahısı.
Aygün Kazımova 2002-ci ildə Heydər Əliyev tərəfindən "Əməkdar Artist", 2008-ci ildə İlham Əliyev tərəfindən "Xalq Artisti" fəxri adlarına layiq görülmüşdür. 2012-ci ildə Türkiydə ənənəvi olaraq hər il keçirilən, Space TV-də "İlin qadın sənətçisi" və "İlin mahnısı" (Hayat ona güzel) kateqoriyalarında namizəd göstərilmişdir. Aygün Kazımova 2015-ci ildə ABŞ-da hər il keçirilən, Armenia Laureat-a namizəd göstərilmişdir. Lakin Aygün Kazımova, təşkilatçılardan birinin erməni olması səbəbiylə, mükafatdan imtina etmişdir. 2016-cı ildə hər il təqdim edilən Uşaq bağçalarında ən çox dinlənən sənətçi musiqi mükafatında "Azərbaycanın Ən Yaxşı Sənətçisi" mükafatına namizəd göstərilmiş və mükafatı qazanmışdır. Mükafatlandırma mərasiminin qaydalarına əsasən hər bir qalib, səhnədə çıxış etməlidir. Erməni müğənni Andre, çıxışdan öncə məşqlərdə "Sarı gəlin" mahnısını ifa etməsi Aygün Kazımovanı qəzəbləndirir və o tədbirin təşkilatçılarına etirazını bildirmişdir. Nəticədə erməni müğənni əsas çıxışı zamanı, başqa bir mahnı ifa etmişdir. Aygün Kazımova səhnədə Coffee from Colombia mahnısını ifa etmişdir. Aygün Kazımovanın bu etirazı erməni mətbuatında müzakirə edilmişdir.
2017-ci ildə yenidən Altın Kelebek və hər il Türkiyədə televiziya, musiqi, film və digər sahələrdə nailiyyət əldə etmiş şəxslərə: blogger Nadgiba, aparıcı Kəmalə Piriyeva kimi şəxslərə verilən Altın Kelebek mükafatına namizəd göstərilmişdir. Lakin 2017-ci ildə 3 estetik əməliyyatı keçirdiyi üçün namizədliyinin geri görülməsini istəmişdir. 2018-ci ildə yenidən Altın Kelebek mükafatlarında Azərbaycanın Ən Parlaq Ulduzu kateqoriyasında qalib olmuşdur. Türkiyədə keçirilən mükafatlandırma mərasimində pop-diva Duy albomunun ilk sinqlı - S.U.S. mahnısının remake versiyasını ifa etmişdir. 2017-ci ilinin son günü "Soyuq əllər - isti ürəklər" xeyriyyə yarmarkasında Azad Azərbaycan radiosunun 106.3 FM-i tərəfindən "Milli dalğa-2017" mükafatına layiq görülmüşdür.
Qrand Mükafatı Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ‘’V&V Company’’ tərəfindən təşkil olunan ‘’Qrand Mükafatı’’.
İl Namizəd göstərilən iş Mükafat Nəticə1998Ayın mahnısı 1999Aygün Bu GünBayağılığa son2000 Я девушка восточнаяToy mahnıları 2000Я и тыİlin mahnısı2000Aygün Kazımovaİlin müğənnisi2001Qeyri-adi şouİlin konserti2001Şəklimi çəkİlin mahnısı2001Aygün Kazımovaİlin müğənnisi2002indi sənsiz İlin mahnısı2002Aygün Kazımovaİlin müğənnisi2003Bir söz yetər İlin mahnısı2004Aygün Kazımova və Namiq Qaraçuxurluİlin dueti2006Öpsənİlin mahnısı2007Öpsənİlin konserti2008Yenə təkİlin mahnısı2009Aygün Kazımovaİlin müğənnisi2009Xeyir Olaİlin ən reytinqli şou proqramı2010Aygün Kazımovaİlin müğənnisi2011Düşün məniİlin klipi2012Aygün Kazımova və Sinan Akçıl - İkinci senİlin dueti2012Hayat ona güzelİlin klipi
Kral TV Video Müzik Ödülleri İl Mükafat Nəticə2012Ən Yaxşı Mahnı2012Ən Yaxşı Qadın Sənətçi
Big Apple Music Awards Aygün Kazımova təşkilatçıların erməni olması səbəbi ilə "Big Apple Music Awards"-dan imtina etmişdir.
İl Mükafat Nəticə 2015 Azərbaycanın Ən Yaxşı Qadın Sənətçisi 2015 Qafqazın Ən Yaxşı Qadın Sənətçisi
Daf Bama Music Awards Hər il Almaniyada keçirilən musiqi mükafatıdır.
İl Mükafat Nəticə 2015 Azərbaycanın Ən Yaxşı Qadın Sənətçisi 2016 Azərbaycanın Ən Yaxşı Qadın Sənətçisi 2017 Azərbaycanın Ən Yaxşı Qadın Sənətçisi 2018 Azərbaycanın Ən Yaxşı Qadın Sənətçisi
Altın Kelebek Ödülleri Aygün Kazımova sıx iş qrafiki səbəbi ilə 2017-ci ildə "Altın Kelebek Ödülleri"ndən namizədliyinin geri götürülməsini istəmişdir.
İl Mükafat Nəticə 2017 En İyi Kadın Sanatçısı 2018 En İyi Kadın Sanatçısı
Milli dalğa İl Namizəd göstərilən iş Mükafat Nəticə2017S.U.Sİlin mahnısı
Fəxri adları Mükafat və döş nişanı Tarix Qeyd İstinadlar Azərbaycan Respublikasının Əməkdar Artisti 2002 Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Xalq Artisti 2008 İlham Əliyev tərəfindən
Medalları 14 iyun 2021-ci il Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Vətənə xidmətə görə” medalı.Ali Hərbi Məktəbdə bayram konserti İstifadə tarixi: 22.06.2021Baş İdarə Xalq artisti Aygün Kazımovanın iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş konsert təşkil edib İstifadə tarixi: 22.06.2021Народная артистка Айгюн Кязымова выступила с концертом, приуроченным ко Дню национального спасения (ФОТО) İstifadə tarixi: 22.06.2021Народная артистка Айгюн Кязымова выступила с концертом, приуроченным ко Дню национального спасения (ФОТО) İstifadə tarixi: 22.06.2021Айгюн Кязымова выступила с концертом, приуроченным ко Дню национального спасения - ФОТО İstifadə tarixi: 22.06.2021
Digər mükafatları Bakı Payızı 1988-ci ildə keçirilən "Bakı Payızı - 88" mahnı müsabiqəsində Vaqif Gərayzadənin bəstəsi olan "Yarım eşitsin məni" mahnısını ifa etmişdir. Müsabiqədə birinci olmuşdur.
Yurmala-89 1989-cu ildə Latviyada keçirilən "Yurmala-89" mahnı müsabiqəsində iştirak etmişdir. Müsabiqədə Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bu sevgi" mahnısını ifa edir. Aygün Kazımova mahnının giriş hissəsində muğam ifa edir. Lakin müsabiqə qaydalarını pozduğu üçün münsinflərdən az bal alaraq, finala çıxa bilməmişdir.
Asiyanın Səsi 1992-ci ildə Qazaxıstanda keçirilən “Asiyanın Səsi” (Qazaxca:Азия дауысы) mahnı müsabiqəsində Azərbaycanı təmsil etmişdir.
Türkvizyon 1996-cı ildə Türkiyənin İstanbul şəhərində keçirilən “Türkvizyon” mahnı müsabiqəsində Azərbaycanı "Ah, Vətən" mahnısı ilə təmsil etmişdir. Mahnının sözləri Almas İldırıma, musiqisi isə Cavanşir Quliyevə məxsusdur. Aygün Kazımova yarışmada üçüncü yeri tutmuşdur.
Həmçinin Bax Aygün Kazımova Aygün Kazımovanın diskoqrafiyası Aygün Kazımovanın videoqrafiyası Aygün Kazımovanın filmoqrafiyası
İstinadlar
Kateqoriya:Aygün Kazımova Kateqoriya:Musiqiçilərin aldığı mükafatların siyahıları