Hirkan meşə siçanı () — haqqında az məlumat olan və ya Azərbaycanda məhdud arealda yayılmış, nəsli kəsilmək üzrə olan gəmirici növüdür. Təsviri və yayılması Hirkan meşə siçanının bədəninin uzunluğu 92.0 – 96.6 mm, quyruğunun uzunluğu 85.0 – 94.0 mm, pəncənin uzunluğu 22.0 – 24.0 mm, qulağın hündürlüyü isə 17.3 – 18.0 mm-dir. Yuxarı diş sırasının uzunluğu 4.1 mm-dir.
Yayılması Hirkan meşə siçanının arealı Lənkəran təbii vilayətinin dağətəyi və dağlıq meşə əraziləri ilə məhdudlaşır. 150 – 1000 m hündürlükdəki meşəlik ərazilərdə yayılmışdır.
Sayı və azalma səbəbi Olduqca azsaylıdır. Hal-hazırda sayı barədə dəqiq məlumat yoxdur.
Məhdudlaşdırıcı amillər Populyasiyada fərdlərin sayı hava şəraitindən (quraqlıq illərdən), antropogen amillərdən, o cümlədən, onların məskunlaşdığı sahələrdə torpaqların mənimsənilməsindən asılıdır.
Qorunması üçün qəbul edilmiş tədbirlər Qorunması məqsədilə xüsusi olaraq qəbul edilmiş tədbirlər mövcud deyil.
Qorunması üçün görülmüş tədbirlər Növün qorunması, onun biotoplarının qorunması ilə əlaqədardır. Heyvanların məskunlaşdığı yerlərdə meşələrin qırılmasının qarşısının alınması və orada əsas genofondunun qorunub-saxlanımasına əlverişli şərait yaratmaq vacibdir.
Mənbə AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 201səh, Hirkan meşə siçanı. (2013)
Kateqoriya:Çöl siçanları
Kateqoriya:Azərbaycan məməliləri