Lalə Abbasova — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, jurnalist.

Həyatı Lalə Abbasova 1955-ci il iyunun 9-da Xaçmaz şəhərində anadan olmuşdur. Ata tərəfdən əsli Quba rayonunun Xınalıq kəndindəndir. Anası isə Bakıda anadan olsa da İran Azərbaycanından, Ərdəbildəndir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

1972-ci ildən Xaçmaz şəhərində uşaq bağçasında musiqi müəllimi işləmişdir.

Üç övladı — 1 oğlu, 2 qızı vardır.

İctimai-siyasi fəaliyyəti 1977-ci ildən "Вышка" qəzetinin korrektoru, baş redaktor müavini, 1998-ci ildən "Ваш дом" jurnalının redaktoru vəzifələrində çalışmışdır. 2000-ci ildən "Мир женщин" qəzetinin baş redaktorudur.

Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı olmuşdur.

"Qadın və tərəqqi" ictimai birliyinin sədridir.

Bədii fəaliyyəti "XX əsr Azərbaycan qadınları" üç cildlik ensiklopedik toplusunun müəllifidir.

Lalə Nikbin təxəllüsü ilə bədii yaradıcılıqla məşğul olur. Mahnı bəstələyir, hekayələr yazır. On iki mahnısı vardır. Həvəskar bəstəkardır.

İstinadlar

Xarici keçidlər http://www.meclis.gov.az/?/az/deputat/78 http://az.timeturk.com/news_print.php?id=864 http://az.apa.az/news.php?id=139899 http://musavat.com/site/shownews.php?news_id=47585 O zaman istəmişdim ki, cəbhəyə gedim, hansı yolla olursa-olsun qisasımı alım

Kateqoriya:Xınalıqlılar Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan pedaqoqları