Nəsir Nəsirzadə Məmmədov () — dilçi alim, filologiya elmləri doktoru (1964), professor.
Həyatı 10 may 1907-ci ildə Ordubad rayonun Dəstə kəndində anadan olmuşdur.
1925-ci ildə orta məktəbi bitirmiş, 1928–1929-cu illərdə Zaqafqaziya Kommunist Universitetinə daxil olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir.
Azərbaycan Ali məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri, Bakının sabiq Keşlə rayon partiya komitəsinin katibi vəzifələrində çalışmışdır.
1942–1945-ci illərdə C. Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun direktoru olmuş, burada dilçilik kafedrasına rəhbərlik etmişdir. 1945-ci ildən yenidən BDU-nun Ümumi dilçilik kafedrasında çalışmağa başlamış, 22 il bu kafedrada dosent və professor vəzifələrində işləmişdir. 1947-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur.1972-ci ildə yenidən BDU-nun Ümumi Dilçilik kafedrasına keçərək orada professor vəzifəsində çalışmışdır. Azərbaycanda nəzəri dilçiliyin yaradıcılarındandır. Nəzəri dilçilik sahəsindəki fəaliyyəti Azərbaycanda bu sahədə elmi fikri xeyli zənginləşdirmişdir.
Ailəsi Dövlət xadimi, akademik Şirəli Məmmədovun qardaşı, dövlət xadimi Natiq Məmmədovnin atası, diplomat Nəsir Məmmədovun babasıdır.
Əsərləri Dilçiliyin əsasları, Bakı, 1961 Dilçiliyə giriş (A. Axundovla birgə), Bakı, 1966 Azərbaycan dilçiliyinin nəzəri əsasları, Bakı, 1970
İstinadlar