Ayşə Dittanova (, ; ) — Krım tatar aktrisası, Krım Tatar Dram Teatrının yenindən qurulmasının təşəbbüskarı, Ukrayna əməkdar artisti (1993).

Həyatı Ayşə Dittanova Yalta yaxınlığındakı Derekoy adlı kiçik kənddə anadan olmuşdur, hazırda o ərazi şəhərin rayonlarından biri hesab olunur. 1933-cü ildə Simferopol Teatr Kollecini bitirmişdir, sonra Krım Tatar Dram Teatrının truppasında işləməyə başladı. "Baxçasaray fəvvarəsi" tamaşasında aldığı rol onun karyerasının ən vacib rollardan biri sayılır.

Krım tatarlarının deportasiyası zamanı Tacikistana sürgün edildi, 1946-cı ildə burada yenidən peşəkar teatr səhnəsinə qayıtdı. SSRİ-nin siyasətinə görə Dittanova və eləcə də krım-tatar mənşəli digər aktyorlar milli sənətlə məşğul ola bilmirdilər.

Ayşə xanım 1988-ci ildə Krıma qayıtdı, Krım Tatar teatrının bərpası işinə başladı və 1990-1996-cı illərdə burada işlədi, sonradan mədəniyyətin inkişafındakı əhəmiyyətli töhfələrinə görə "Ukraynanın əməkdar artisti" fəxri adını aldı.

1996-cı ildən ömrünün sonuna qədər Nyu-Yorkda yaşasa da, dəfələrlə Krıma səfər etmişdir. 2014-cü ildə, BMT-nin Baş Qərargahında keçirilən Krım tatarlarının deportasiyasının 70 illiyinə həsr olunmuş mərasimdə çıxış etmişdir. 15 noyabr 2015-ci ildə o, vəfat etdi.

Mükafatları

Ukrayna əməkdar artisti (1993)Ukrayna Prezidentinin 11 dekabr 1993-cü il tarixli 578/93 Fərmanı «О присвоении почетных званий Украины мастерам сцены Крымско-татарского музыкально-драматического театра, г. Симферополь» (ukr.)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ukraynanın əməkdar artistləri Kateqoriya:XX əsr aktrisaları