Kayler Li Vest (qızlıq soyadı: Potts; ; ) — ABŞ akstrisası, müğənnisi və fotomodeli. Daha çox «Qrey anatomiyası» teleserialındakı Leksi Qrey və «Süpergörl» teleserialındakı Aleks Denvers rolları ilə tanınır.

Həyatı Kayler Li Vest (qızlıq soyadı ilə Potts) 10 aprel 1982-ci il tarixində, ABŞ-nin Şimali Karolina ştatında yerləşən Şarlott şəhərində, İvonn Norton və Robert Pottsun ailəsində anadan olmuşdur.

Li Virciya ştatında yerləşən Verciniya-Biç şəhərində böyümüşdür. Linin 8 səkkiz yaşı olanda ailəsinin biznesi müflisləşmiş, 4 il sonra isə onların evliliyi sona çatmışdır. O. anası və böyük qardaşı Kristofer Keyman Li ilə birlikdə Mayami şəhərinə köçür. Onun anası Robert Potts ilə yenidən evlənir. Li uzun illərdi ki, atasından ayrı yaşayırdı.

Li modellik karyerasına başlayanda səkkizinci sinifdə oxuyurdu. O, çox keçməmiş yerli televiziya reklamlarında və yeniyetmələr üçün nəzərdə tutulmuş teleproqramlarda iştirak edir. Li 1999-cu ildə ailəsi ilə birlikdə Los-Anceles şəhərinə köçür ki, aktrisalıq karyerasına start versin. O, 16 yaşında Kaliforniya Orta Məktəb Ustalıq İmtahanını keçir.

Karyerası Li aktrisalıq karyerasına erkən başlamışdır. O, 15 yaşında, 1997-ci ildə «Kikboks akademiyası» filmində qardaşı ilə birlikdə rol almışdır. Bu, onun debüt filmi idi. O, 2001-ci ildə «Başqa bir yeniyetmə kinosu deyil» komediya filminin baş rolunu canlandırmışdır. Li həmçinin, Merilin Mensonun «Tainted Love» klipində iştirak etmişdir. Li «Maxim» jurnalının "2002-ci ilin ən seksi qadınları" başlıqlı siyahısında 65-ci yeri tutmuşdur.

Şonda Rayms 2007-ci ildə Lini «Qrey anatomiyası»» teleserialının əsas aktrisası kimi işə götürmüşdür.

Şəxsi həyatı Kayler Li 20 iyul 2002-ci ildə, Alyaska ştatında aktyor Natan Vest ilə evlənmişdir. Cütlük əvvəllər «Yeddinci cənnət» teleserialında birlikdə çalışmışdır. Onların üç övladı var: oğulları Noa Vayld ( dekabr 2003-cü il), qızları Teylin Li ( sentyabr 2006-cı il) və Anniston Key ( 7 may 2009-cu il).

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ-nin qadın müğənniləri Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ xristianları