Qaravəlli (əvvəlki adı: Qaravəlli Qambay bəy) — Azərbaycan Respublikasının Şamaxı rayonunun Mirikənd kənd inzibati ərazi dairəsndə kənd. Kənd Mədrəsə bələdiyyəsinə aiddir.

Coğrafiyası Kənd Ləngəbiz silsiləsində “Şor dərə” çay dərəsi hövzəsində yerləşir.

Tarixi Məntəqənin keçmiş adı Qaravəlli Qambay bəy olmuşdur.

Qambay bəy adlı birisinə mənsub qaravəlli ailələri 19 əsrin 80-ci illərində Daştulan adlı yerdə oturaqlaşaraq kənd salmışlar. Kənd də tayfanın adını daşıyır.

1919-cu il tarixində ermənilər tərəfindən 66 evlik Qaravəlli kəndində 40 kişi, 50 qadın, 30 uşaq öldürülmüşdür.

Əhalisi 1886-cı il əhalinin siyahıyaalmasında Şamaxı qəzasında Qaravəlli Qambaybəy köçünün (54 ailə, 272 nəfər) yaşadığı göstərilir.

2009-cu il üçün kənddə 1143 nəfər əhali, 278 təsərrüfat var. Kəndin əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur.

Kənd əhalisi 1170 nəfərdir ki, onunda 616 nəfəri kişi, 554 nəfəri isə qadınlar təşkil edir.

Din Kənddə Qaravəlli kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Kateqoriya:Şamaxı rayonunun kəndləri