Fövziyyə Bayram () — tanınmış tatar yazıçı, tarixçi, hərəkat rəhbəri və filosof. İttifaq Firqəsi rəhbəri, Milli Məclis rəisi, 1990-cı illərdə fəal olmuş siyasətçi. "Tatar gözəli" deyə adlandırılmış və Süyümbikə ilə özdəşləşdirilmişdir. Hələ də Tatarıstanda Yar Çallı şəhərində yaşamaqda və müxtəlif məsələlərdə yazılarını yazmaqda davam edir.

Həyatı Fövziyyə Bayram 5 dekabr 1950-ci ildə Tatarıstanın Saba bölgəsinin Sabay kəndində anadan olmuşdur. Təhsil həyatına orta məktəbdən sonra Kazan teatr məktəbində, daha sonra da Kazan Dövlət Universitetinin Filologiya fakültəsində davam etmişdir 91983–1989).

Peşəkar fəaliyyətinə Kazan Telestudiosunda balamış, sonra Tatarıstan kitab nəşriyyatında işləmişdir. Jurnalist və yazıçı kimi fəaliyyət göstərmiş, çox sayda qəzet və jurnalda yazılar dərc etdirmişdir. 1986-cı ildə SSRİ-də Yazıçılar Birliyinə daxil olmuşdur. 1988-ci ildə Tatar İctimai Qurultayı ilə siyasi həyatına başlamışdır.

Siyasi işləri 1988-ci ildə Tatar İctimai Qurultayına girmiş, 1990–1995-ci illərdə Tatarıstan Respublikasının Milli Məclisində millət vəkili olmuşdur.

Mükafatları Kazan şəhərinin 1000-ci ildönümü münasibətiylə Tatar mədəniyyətinə qatqılarına görə Ayaz İshaqi mükafatına layiq görülmüşdür.

Əsərləri Ümumilikdə 30-dan çox əsərin müəllifidir. Əsərlərinin dili tatarca və ruscadır.

Bolın (1986) Sänğät dönyasına säyäxät (1989) Moñ (1991) Mäydan Tatarlarnı kötä (1992) Qara urman (1997) Bezne onıtmağız (1998) Däwerlär küçeşendä (1998) "Songı namaz" (2000), "Ядерный архипелаг или атомный геноцид против татар" (2005) Küçüm han / "Кучум хан" (2007)

Həmçinin bax Tatarıstan

İstinadlar

Xarici keçidlər Tatar elektron kitabxanası Fövziyyə Bayram haqqında yazılanlar Bioqrafiyası

Kateqoriya:Tatarlar Kateqoriya:Tatarıstan filoloqları Kateqoriya:Tatarıstan siyasətçiləri Kateqoriya:Türkçülər Kateqoriya:Tatar yazıçılar Kateqoriya:Tarix elmləri namizədləri