Məmməd İbrahim oğlu Rüstəmov () — maşınqayırma sahəsində alim, professor
Həyatı Rüstəmov Məmməd İbrahim oğlu 10 may 1930-cu ildə Ordubad şəhərində anadan olub.
Təhsili 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitet) mexanika fakülətsini bitirib.
Fəaliyyəti
Əmək fəaliyyəti 1953–1960-cı illərdə zavodda mühəndis-konstruktor, sex rəisi, baş mühəndis və direktor vəzifələrində çalışmışdır.
Elmi fəaliyyəti Göndərişlə 1963-cü ildə Azərbaycan və Ukrayna Elmlər Akademiyasının Mexanika İnstitutunun aspiranturasını bitirmiş, 1965-ci ildə Texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1966-cı ildən Azərbaycan Texniki Universitetində işləyir; 1981–1992-ci illərdə universitetin metalkəsən dəzgahlar və alətlər kafedrasının müdiri olmuşdur. 1992-ci ildən həmin kafedranın professorudur. 100-dən çox elmi məqalənin, dərslik, tədris vəsaiti, metodik göstəriş və ixtiraların müəllifidir. "Metalkəsən dəzgahlar və sənaye robotları" Ali məktəblər üçün dərslik
Təltif və mükafatları 2015 — Azərbaycan Respublikasının əməkdar mühəndisi
Mənbə
İstinadlar Kateqoriya:Professorlar