Hasan Ali Kaldırım ( 9 dekabr 1989, Noyvid, Almaniya) — Türkiyə Super Liqası təmsilçilərindən olan "Fənərbaxça" klubunda sol cinah müdafiəçisi kimi çıxış edən peşəkar Türkiyə futbolçusu. Oyunçu Almaniyada anadan olmuşdur. Həmçinin Almaniya vətəndaşılığına sahibdir.
Karyerası
Almaniya illəri Hasan Reynland-Pfalts regionunun Noyvid şəhərində əslən İspartadan olan türk mühacirin ailəsində anadan olmuşdur. O, Raynbrolda qardaşı və bacısı ilə birlikdə böyümüşdür.Ailece futbolcu: Hasan Ali Kaldırım , in: tff.org (31. Juli 2009), abgerufen am 22. November 2015 (türkisch).Hasan Ali Kaldırım: "Üç Kulvarda da İpi Biz Göğüsleyeceğiz!.." , in: fenerbahce.org (7. Dezember 2012), abgerufen am 22. November 2015 (türkisch). 1992-ci ildə anadan olmuş qardaşı Cemal 2011-2013-cü illər aralığında "Bursaspor" klubunda çıxış etmişdir.Cemal Kaldırım , in: tff.org, abgerufen am 22. November 2015 (türkisch).In der fremden Heimat. In: Frankfurter Allgemeine Zeitung vom 14. November 2012, S. N6. Lakin o, yalnız əvəzedici heyətdə mübarizə aparmışdır. Oyunçu hal-hazırda Almaniya beşinci divizion təmsilçilərindən olan Engers 07 klubunda çıxış edir. Hasan Ali üç yaşından futbol oynamağa başlamışdır. 1995-ci ildə Raynbrol klubunun akademiyasına qəbul olunmuşdur.Hasan Ali Kaldirim erhielt die FV-Ehrenmitgliedschaft , in: blick-aktuell.de (14. Juli 2015), abgerufen am 22. November 2015. İki il Koblenz klubunda oynadıqdan sonra Kayzerlauternə transfer olunan oyunçu 26 noyabr 2006-cı ildə Vakker Burqhauzen klubuna qarşı görüş ilə gənclərin Bundesliqasında debüt etmişdir., in: dfb.de, abgerufen am 23. März 2013. Cənub, cənub-qərb liqasında ikinci yeri tutan Kayzerlauternhər iki yarımfinal görüşündə Kaldırıma meydanda şans vermişdir. Beləliklə klub gənclərin Bundesliqasında final mərhələsinə vəsiqə qazanmışdır. 2008-ci ilin yayına qədər müdafiəçi gənclərin Bundesliqasında 26 görüşə çıxmış və dörd qolla yadda qalmışdır. 4 aprel 2008-ci ildə Kaldırım dördüncü diviziya sayılan cənub-qərb liqasında çıxış edən Kayzerlauternə II klubunda Virgesə qarşı debüt etmişdir. Daimi olaraq meydana çıxan Hasan komandanın Qərbi liqadakı 33 oyununda meydanda olmuşdur. Ancaq Hasan Bundesliqada oynayan "qırmızı şeytanlar"ın əsas heyətində debüt edə bilmədi və sadəcə 2008-ci ilin iyul ayında yalnız bir neçə yoldaşlıq görüşündə meydana çıxa bildi.Spielplan Saison 2008/2009 , in: der-betze-brennt.de, abgerufen am 22. November 2015.
Ümumilikdə 43 görüşdə 2 qolla yadda qalan Hasan Ali 2009-cu ildə yayında "Maynz" klubuna transfer olmuşdur. Əvəzedici heyətdə 19 oyuna 1 qol vurmuşdur.
Hasan Alinin qardaşı Cemal 2014-cü ilin yayında Brayziq klubu ilə müqavilə imzalamışdır.
Kayserispor 12 yanvar 2010-cu ildə Kaldırım Türkiyə Super Liqası təmsilçilərindən olan "Kayserispor" klubu ilə iki il yarımlıq müqavilə imzalamışdır. Dörd həftə sonra 6 Fevral 2010-cu ildə 20 yaş 59 günlüyündə olan Hasan "Qalatasaray" klubuna qarşı Super Liqa görüşündə debüt etmişdir. O, 65-ci dəqiqədə Gökhan Emreciksinin yerinə meydana daxil olmuşdur. 2010-cu ilin avqust ayından 2012-ci ilin aprel ayına qədər Kaldırım komandanın müdafiəsinin sol cinahında nizamlı olaraq çıxış etmişdir. 2011-ci ilin iyul ayında klub Kaldırımın müqaviləsini 31 may 2015-ci ilə qədər uzadacağını açıqlamışdır.
Fənərbaxça "Kayserispor" klubunda üç il çıxış etdikdən sonra Kaldırım 18 iyun 2012-ci ildə "Fənərbaxça" klubu ilə dörd illik müqavilə imzalamışdır. Transferin dəyəri 3,75 milyon avroya bərabər olmuşdur. 16 dekabr 2012-ci ildə "Qalatasaray" klubuna qarşı qitələrarası derbidə Kaldırım 87-ci dəqiqədə Türkiyə Super Liqasında ilk qolunu vurmuşdur.
2012-13 mövsümünün ikinci yarısında Kaldırım "Yuventus" klubundan icarəyə götürülən Reto Ziqler tərəfindən əsas heyətdən kənarlaşdırılmışdır və o vaxtdan etibarən meydana daha az daxil olurdu. 2013-cü ilin yay fasiləsində Caner Ərkin sol cinahda uğurlu çıxışı ilə yadda qaldı və əsas heyətdə yerini möhkəmləndirdi. Bununla da Kaldırım əvəzedici olaraq qaldı və mövsüm ərzində cəmi dörd görüşdə iştirak etdi. thumbnail|right|Hasan Ali "Fənərbaxça" klubunda çıxış edərkən
Milli komanda Hasan Ali Türkiyə U-19 millisi ilə debütünü 14 fevral 2008-ci ildə Rusiya millisinə qarşı görüşdə etmiş və millisi rəqəbinə 1-0 hesabı ilə qalib gəlmişdir. O, 2009-cu ilin fevral ayından sentyabr ayına qədər U-21 millisində 7 oyunda iştirak etmişdir. 29 fevral 2012-ci ildə Abdullah Avcının rəhbərliyi altında Hasan Ali Türkiyə millisində debüt etmişdir. Slovakiya millisi ilə görüşdə 79-cu dəqiqədə Caner Ərkinin yerinə meydana daxil olmuşdur.
Karyera statistikası
Klub + Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaKubokDigərAvropaÜmumiOyunQolOyunQolOyunQolOyunQolOyunQolKayzerlautern II2007–081010000001012008–09331000000331Maynz 05 II2009–10191000000191Kayserispor2009–1060000000602010–113301000003402011–12330300000360Fənərbaxça2012–132517010904212013–1440101000602014–151307100002012015–162616000603812016–1729030001104302017–182419100303622018–193122000814132019–20110100000120Ümumi karyera29784022037137611
Milli komanda qolları Nəticələr və qollar Türkiyə hesablamasının birinci siyahısındadır.
No. Tarix Məkan Rəqib Hesab Nəticə Turnir 1. 25 Mart 2019 Eskişehir stadionu, Eskişehir, Türkiyə 1–0 4–0 UEFA Avro 2020 təsnifat
Uğurları Fənərbaxça Super Liqa: 2013–14 Türkiyə Kuboku: 2012–13 Türkiyə Super Kuboku: 2014
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Türkiyə U-19 milli futbol komandası futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Kayserispor futbolçuları Kateqoriya:İstanbul Başakşehir FK futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Türkiyə A2 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyə A2 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Türkiyə U-20 milli futbol komandası futbolçuları