Roza Qasım qızı Əsgərova () — Botanik, biologiya elmləri doktoru.
Həyatı Əsgərova Roza Qasım qızı 15 avqust 1929-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndində anadan olub.
Ölümü 21 fevral 2009-cu ildə Bakı şəhərində vəfat edib.
Təhsili 1949-cu ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Fəaliyyəti
Elmi fəaliyyəti Roza Əsgərova əsasən toxumlu bitkilərin təsnifatı üzrə ixtisaslaşmışdır.
1949-cu ildə Azərbaycan SSR EA-nın Botanika İnstitunda elmi katib, 1956-cı ildən elmi işçi işləmişdir. İnstitutda ali bitkilərin sistematikası şöbəsinin müdiri olub. 1979-cu ildə biologiya elmlər doktoru olub. Tədqiqatları ilk dəfə palinologiya üzrə respublikada müasir bitkilərin tozcuqlarının morfologiyasına (palinomorfologiya) və onun sistematikada tətbiqinə (palinosistematika), kasnıkimilər yarımfəsiləsinin palinologiyasının öyrənilməsinə həsr edilmişdir. Kadrların hazırlanmasında xidməti var. Bir monoqrafiyanın müəllifi, 80-ə qədər elmi məqalənin müəllifidir. III Beynəlxalq palinologiya (Novosibirsk, 1971), 12-ci beynəlxalq botanika konqreslərində, mürəkkəbçiçəklər fəsiləsinə dair beynəlxalq konfransda (London, (1994) məruzə etmişdir.
Təsnif etdiyi taksonların siyahısıs Bot. Mater. Gerb. Bot. Inst. Komarova Akad. Nauk S. S. S. R. 16: 286 (1954). POWO Novosti Sist. Vyssh. Rast. 21: 185 (1984). (1984). POWO Bot. Zhurn. (Moscow & Leningrad) 70(4): 522 (1985). POWO Bot. Zhurn. (Moscow & Leningrad) 70(4): 523 (1985). POWO Bot. Zhurn. (Moscow & Leningrad) 70(4): 524 (1985). POWO Bot. Zhurn. (Moscow & Leningrad) 70(4): 523 (1985).
Kitabları "Azərbaycan florası" (həmmüəllif). T. 7–8. Bakı., 1959–61. "Azərbaycanın qırmızı kitabı"nın müəlliflərindəndir. Bakı.,1989
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan botanikləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri