Qurban Hacıbayramlı və ya Hacıbayramlı Qurban Açıqsöz () — Qarayazı "Müsavat" Partiya təşkilatının rəhbəri, sonrakı dövrlərdə Müsavatçı Qarayazı gizli antisovet təşkilatının rəhbəri, siyasi mühacir.Vahid Ömərli "Qarayazı" Bakı 2001, 760səh.Наги Байрамлы Партизаны на кавказе"Şimali Qafqaz-Cеверный Кавказ" Варшава.1936. № 25Вилаят Гулиев Из наследия политической эмиграции Азербайджана Издательство "Адам Маршалек" Торунь 2010

Sosial mənşəyi Qurban Mustafa oğlu Hacıbayramlı 1894-cü ildə Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində, mülkədar ailəsində anadan olmuşdur.

Qurban Hacıbayramlı Tiflis şəhərində rus dilində gimnaziyada və Cənubi Qafqaz Müəllimlər Seminariyasında təhsil almışdır.

Vahid Ömərli Qurban Hacıbayramlı haqqında apardığı araşdırmalar əsasında yazaraq göstərir ki, o rusca gözəl bilən, böyük natiqlik qabiliyyətinə malik, demokratik düşüncəli şəxsiyyət olmuşdur.

O, Qarayazıda "Müsavat" partiyasının ideyalarının əsas təbliğatçısı və təşkilatçılarından olmuşdur.

1921–1930-cu illərdə antisovet fəaliyyəti Qurban ağa Hacıbayramlı Qarayazı gizli antisovet təşkilatına rəhbərlik etmişdir. thumb|Qurban ağa (oturan) və Nağı Hacıbayramlılar. Varşava 1931-ci il Nağı Bayramlı imzası ilə 1936-cı ildə Varşavada dərc etdirdiyi məqalədə Nağı Hacıbayramlı Bayramgil göstərdi ki Qafqazda gizli təşkilatlar, partizanlar bolşeviklər tərəfindən Qafqaz respublikaları işğal edildikləri ilk günlərdən yaranmağa başlamışdır. O yazır, 1924-cü ildə Ümum Gürcüstan üzrə üsyan uğursuz başa çatdıqdan sonra Keyxosro Çolokaşvilnin polku Qarayazı gizli təşkilatının köməyi ilə mən də daxil olmaqla Türkiyəyə çıxa bildi.

Dövlət Siyasi İdarəsi tərəfindən edilən bütün təklifləri Qurban Hacıbayramlı qəbul etməmiş kommunistlərə hər hansı bir ünsiyyətin qurulmasını doğru saymamışdır. Apardığı antisovet təbliğatına görə o bir neçə dəfə istintaqa cəlb edilmiş lakin rus dilində verdiyi aydın hüquqi tutumlu ifadələri ilə nəin ki günahkar olmadığını qarşı tərəfin ittihamlarını böhtandan və iftiradan başqa bir şey olmadığını göstərmişdir.

Qurban Hacıbayramlının gizli antisovet mübarizəsi çoxşaxəli olmuşdur. O, kommunist-bolşevik sıralarına keçmiş müsavatçıların daxil olması istiqamətində iş aparmış, silahlı qaçaq dəstələrinin yaranmasını təşkil etmiş, xalqı onun dini etiqadına yad olan işğalçılara, soyğunçulara itaət etməməyə və s bu kimi mübarizə üsullarına hazırlamışdır.

Bu işlərə görə o birbaşa təqsirləndirilə bilinməsə də Dövlət Siyasi İdarəsi onun həbs olunması barədə qəti qərara gəlir.

"Müsavat" partiyasının üzvü olmuş, 1926-cı ildən kommunist (bolşeviklər) partiyasının üzvlüyünə namizəd olan Kosalı kənd sakini Abdulla Usub oğlu Usubovun toyunda 1928-ci ildə Qurban Hacıbayramlını həbs edirlər. Məlumat üçün qeyd edək ki, Qurban Hacıbayramlının həbsindən təxminən 2 ay sonra 1929-cu ilin yanvar ayının 4-də Gürcüstan K(b)P Mərkəzi Nəzarət Kommisiyası Abdulla Usubovu musavatçı baxışlarına, qolçomaqlarla əlaqəsinə partiya qərarlarını açıqladığına və partiya əleyhinə çıxışlarına görə təşkilatda intriqa və didişmə yaratdığına görə partiya sıralarından xaric etmişdir.

Abdulla Usubov kimi Qurban Hacıbayramlının həmkarı olmuş, hakimiyyətin müxtəlif təşkilatlarına yönəldilmiş, yaxud onunla əvvəllər əməkdaşlıq etməmiş, kommunist (bolşeviklər) partiyası komsomol sıralarına daxil olmuş millətçilər də işğalçılara qarşı mübarizə aparanlara rəğbət bəsləyib onlara gizli kömək edirdilər.

Qurban Hacıbayramlı həbs edildikdən sonra Metex qalasında yeraltı kamerada tək saxlanılmışdır. Ona əvvəlcə verilmiş ölüm hökmü, əmlakı müsadirə edilməklə 10 il Rusiyaya sürgün olunma cəzası ilə əvəz edilərək Rusiyaya sürgün edilmişdir.

Qurban Hacıbayramlı Açıqsözün həbs dövründə çəkdiyi əzablar, mətinliyi haqqında Kəmaləddin Nomer yazmışdır:

Qurbanın Hacıbayramlı şəxsiyyətini və fəaliyyətini hərtərəfli öyrənmiş gənc filosof alim, onun cəmiyyətdəki yerini ümumiləşdirməklə, onun həbs edilməsini belə qiymətləndirmişdir:

Yuxarıda qeyd edilən müsadirə məsələsinə gəldikdə, Qurbanın Hacıbayramlı atası Mustafa Hacıbayramoğlundan qalan mülkədar mülkü, sovetləşmənin ilk illərində müsadirə edilərək milliləşdirilmişdir. Bunula yanaşı 1924-cü ilə Sovet İttifaqı məkanında güclü iqtisadi tənəzzül baş verir. Hökumət məlum Yeni İqtisadi Siyasət (YİS) direktivini verir. Direktivlə keçmiş kapitalist və mülkadarlara yenidən təsərrüfatlarını bərpa etməyə icazə verilir. Bu zaman o yenidən var-dövlət yaratmağa başlayır.

Həbsxanada olarkən məhkəmənin çıxardığı mülkünin müsadirəsi üzrə qərar icra edilən zaman YİS-dən sonra yaradılan var-dövlət müsadirə edilmişdir. Nağı Hacıbayramlı ikinci həbsdən qaçandan sonra çobanların gizlətdikləri az sayda iri və xırda buynuzlu mal qara da müsadirə edilmişdir. Qurban Hacıbayramlı var-dövlət üçün deyil, müstəqillik və azadlıq uğrunda mübarizə aparmışdır.

Qurban Hacıbayramlı sürgündə olan dövrdə, obrazlı desək, onun Qarayazıda səpdiyi toxumlar cücərməyə başlamışdır.

1929-cu ilin oktyabr ayının 27-də səhər tezdən kolxoz quruculuğuna qarşı Qarayazıda kəndlilər qiyam qaldırmış, hakimiyyət nümayəndələrinə itaətsizlik göstərmişdir. Qiyamçılar tərəfindən kommunist-bolşevik hakimmiyət dairələrinin nümayəndələri Qarayazıdan qovulmuşdurlar.

1929-cu ilin dekabr ayının 16-da S. Xmaladzenin rəisi olduğu Gürcüstan "Fəhlə-Kəndli milis idarəsinin" dəstələri Qarayazıya hücum əməliyyatı başlayır. Hacıbayramlı İsaxanın başçılıq etdiyi qiyamçı dəstə tərəfindən milis işçiləri Qarayazıdan qovulurlar və bir çoxları əsir götürülür. Qarayazı 83 gün qaçaq dəstələrinin nəzarətində olmuşdur.

1930-cu ilin mart ayının 11-də sübh vaxtı XI ordu hissələri Qarayazı meşəsində qaçaqları iki tərəfdən mühasirəyə alır. Döyüş vaxtı ordu hissələri çoxsaylı ölü və yaralı halında itkilər verir. Qaçaqlar mühasirəni yara bilirlər.

Bundan sonra Beriya qaçaqlara sülh təklif edir. 1930-cu ilin mart ayının 20 də Qarayazı meşəsində görüş keçirilməsi qərara alınır. DSİ-nin əməkdaşları ilə danışıqalarda İsaxan və Nağı Hacıbayramlılar və 6 nəfərdən ibarət heyət iştirak etmişdir.

Qaçaqlar silah-sursat əldə etmək məqsədilə müəyyən dövr üçün sülh danışıqlarına getməyi məqsədəuyğun hesab edir. Qaçaq dəstə rəhbəri Hacıbayramlı İsaxanın irəli sürdüyü şərtlər DSİ əməkdaşları tərəfindən qəbul edilir və sülh bağlanılır.

Hacıbayramlı Hacıkişi Nağı oğlu xatirələrində qeyd edir ki,Hacıbayramlı Hacıkişi: Hacıbayramlılar və ailəm haqqında qısa xatirələrim (əl yazmasında çapa hazırlanır) Qurban Hacıbayramlı sürgündən qardaşı Nağıya məktublar göndərir. Bu dövrdə senzura olmadığından məktubda hər şeyi açıq yazmaq olub. Sonuncu məktubda yazır ki, siz hökumət qüvvələri ilə hələlik silahlı döyüşə girməyin, nə də mən gələnə kimi çalışıb tələyə düşməyin. Özünüzü gözləyin tezliklə görüşərik.

Üsyançıların hökumət ilə sülh danışıqları başa çatdıqdan təxminən bir neçə gün sonra Qurban Hacıbayramlı sürgündən qaçaraq Qarayazıya gəlir. Onun gəlişinin ikinci günü yığıncaq keçirilir. Bu yığıncaqda Qurban Hacıbayramlı Azərbaycan, Ermənistan və Gürcüstan qaçaq dəstə başçılarını və komitələrin səlahiyyətli şəxslərini dəvət edərək ümumi bir yığıncaq keçirilməsinin vacibliyini göstərir.

1930-cu ilin aprel ayında ermənilərin və gürcülərin nümayəndə heyətlərinin iştirakı ilə Saqqızlı dağında 250 nəfərin iştirakı ilə yığıncaq keçirilir.

Yığıncağın bir çox iştirakçıları söz alaraq lazımi təkliflər edirlər. Qurban Hacıbayramlının irəli sürdüyü təkliflər üzərində dayanılır. O XI ordu ilə aparılan döyüşlərin nəticəsi kimi Zaqafqaziyada, qaçaq dəstə təşkilatlarının yaranmasını və üsyanların başlanmasını göstərir. Eləcə də qeyd edir ki, belə bir vəziyyətdə həyata keçirilməsi vacib olan yeganə iş, son və qəti bir döyüş aparmaq üçün Qafqazın hər yerində olduqca geniş miqyasda üsyana hazırlıq aparılmalıdır. Lazım olan geyim, silah-sursat və ərzaq kimi zəruri ehtiyatlar yaradılmalıdır. Bunlar başa çatdırıldıqdan sonra düşmənə qarşı ümumi bir döyüş başlayıb sona qədər vuruşmalıyıq. Əgər bu təşəbbüsümüzdə də qalib çıxmasaq qalan qüvvələrimizlə mütəşəkkil şəkildə Türkiyəyə pənah aparmalı olacağıq deyə çıxış edir. Yığıncaqda iştirak edənlər Qurban Hacıbayramlının fikrinə şərik olduqlarını bildirirlər.

Hökumət ilə sülh barışığı əldə ediləndən təxminən 20 gün sonra gələcək hərəkət planını müəyyən etmək üçün Qırmızı körpü ətrafında üç Zaqafqaziya respublikasının partizan rəhbərlərinin qurultayı keçirilir. Qurban Hacıbayramlı, İsaxan Hacıbayramlı, Artaş, Sadıqov, Saratıkov və başqaları çıxış edirlər. Altı bənddən ibarət qərar qəbul edilir. Qərarda Qafqaz azadlıq hərəkatının rəsmi xarici nümayəndəliyi ilə sıx əlaqə yaratmaq, Qafqazın birliyinin təbliğatını daha da gücləndirmək, bolşevik işğalına qarşı təbliğatı genişləndirmək, partizan sıralarında güclü nizam-intizam yaratmaq, partizanları silah-sursatla tam təmin etmək üçün imkanlar axtarmaq və partizan dəstələri üçün ərzaq ehtiyatı yaratmaq.

Qırmızı körpü ətrafındakı qurultay başa çatmamış bolşeviklər Qarayazıda hərbi hərəkata başlayır. Qeyd etmək lazımdır ki, bu zaman bir çox rayonlarda silahlı qarşıdurmalar heç zaman səngiməmişdir. Qurultay, Qurban ağa Hacıbayramlını və 4 nəfər başqa şəxsləri xaricdəki mərkəzlərdə əlaqə yaratmaq üçün nümayəndə heyəti seçərək başa çatmışdır.

Qurban Hacıbayramlının irəli sürdüyü planları başlamağa kommunist-bolşevik hakimiyyəti imkan vermir. Onlar Qarayazıda hazırlıq işlərinə başlayan zaman qaçaqlar Qaraxaç yaylağına çəkilirlər.

Qurban Hacıbayramlının qeyd edilən mövqelərini ümumiləşdirərək müəllif yazır: Qurban ağa məhz ümumi silahlı xalq üsyanının tərəfdarı idi, o hadisələri, siyasi vəziyyəti aydın təhlil etdiyinə, geniş erudisiyaya malik olduğuna görə sovet quruluşunu ən azı Ümumi Qafqaz evi məkanında silahlı üsyanın qalib gəlməsi yolu ilə yıxmağın mümkünlüyünə əmin idi. O, bilirdi ki, hazırkı dövrdə partizan üsulu ilə, qaçaqçılıqla Sovet hökumətini Qafqazda devirmək qeyri-mümkündür. sovet orqanlarında işləyib onu içindən dağıtmaqda indiki dövrdə əsas yol deyildir. Buna görə də, mənasız qırğına yol verməmək üçün Türküyəyə çəkilməyi və orada mübarizənin yeni üsuluna əl atmağı, xaricdə siyasi ideya mübarizəsinə başlamağı təklif etdi və bunu da həyata keçirdi.

Qurban Hacıbayramlı haqqında uzun müddət onu tanıyanlar tərəfindən xatirələr söyləmişdilər: Hacıbayramlı Hacıkişi Nağı oğlunun təsadüf nəticəsində eşitdiyi, onu tanımayanlar tərəfindən söylənilən iki xatirəsi qısa şəkildə aşağıda verilir.

Keçmiş DSİ-nin əməkdaşı olmuş Qurbanəli onun da iştirak ediyi məclisdə söhbət edir: Beriya məni yanına çağırıb bildirir ki, deyilənlərə görə Qurban Bayramov sürgündən qaçıb gəlib. Sən get Qarayazıya onu öz gözünlə gör gəl mənə xəbər ver. Qurbanəli deyəndə ki, qorxuram məni öldürər. Beriya deyib: o, mərifətli, savadlı, mədəni adamdır səni öldürməz-deyərək onu tapşırıq arxasınca göndərir.

Qurban Bayramov oturduğu otağın qapısı açılanda Qurbanəlini görür. Bilir ki, Qurbanəlini Beriya göndərib. Onu yanına çağırıb Beriyaya çatdırılası sözlərini deyir.

Hacıbayramlı Hacıkişi taksi ilə getdiyi zaman Tiflisin deyilən yerində Ortaçala iki qoca taksini saxladıb Qardabaniyə getdiklərini bildirirlər. Sürücü onları da götürür. Hüseynalı adlı birinin o birisinə danışdıqlarını eşidib xatirələrində yazır.

" …Mənim kimliyimi bilməyən qocalar yolda Hacıbayramlılardan söz salırlar. Qocalardan biri o birinə dedi ki, İsaxan Dağ milis rəisi olan zamanı mən onun yanında işləyirdim. Mənə İsaxanı güdmək, Qurban Hacıbayramlı haqqında məlumat çatdırmaq kimi xüsusi tapşırıq verilmişdir. Bir gün eşitdim Xozeyin filan günü Türkiyəyə keçir. Aranda qapı-bacaya göz gəzdirmək üçün İsaxandan icazə aldım. Gəldim düz Beriyanın yanına, Xozeynin-Qurbanın Türkiyəyə keçməsi barədə xəbər verdim. İcazə istədim onların qabağını kəsib qıraq. Beriya dedi- Hüseynalı siz onları qıra bilməzsiniz, onlar sizi qırar qoy getsinlər.

Bu iki xatirədən Beriyanın Qurban Hacıbayramlı Bayramov şəxsiyyətini yüksək qiymətləndirdiyi görünür. Eləcə də onların bir birini şəxsən tanıdıqlarını demək olur.