Şandor Demyan (; ) — Macarıstan sahibkarı, ölkənin ən varlı insanlarından idi. TriGránit şirkətinin rəhbəri olmuşdur.

Həyatı Macarıstan krallığının Berven kommunasında (indiki Rumıniya) anadan olmuşdur. Sekellər subetnosundan olan atası 1940-cı ildə Macarıstana köçdü, ancaq İkinci Dünya müharibəsi zamanı öldürüldü. Dunay şvablarından olan anası müharibə köçkünü kimi Bervenə gəldi. 1965-ci ildə Demyan Budapeşt Ticarət və Turizm Kollecini bitirdi. Sonradan Gorsium ÁFÉSZ şirkətinin prezidenti oldu (1968–1973), 1973–1986-cı illərdə isə onların birgə müəssisəsinin həmsədri oldu. 1986–1990-cı illərdə Macarıstan Kredit Bankının təsisçilərindən biri və rəhbəri idi. 1990-cı ildən Mərkəzi Avropa İnkişaf Korporasiyasının təsisçisi və tərəfdaşı idi, 1991-ci ildə isə Mərkəzi Avropa İnvestisiya Şirkətinin rəhbəri oldu. 1996-cı ildə TriGránit şirkətinin baş direktoru oldu. 1999-cu ildə Budapeştdə WestEnd City Center, 2000-ci ildə Bratislavada Polus City Center, 2005-ci ildə Katovitsedə Silesia City Center ticarət mərkəzlərini açmışdır.

2008-ci ildə sərvəti 300 milyard macarıstan forintində qiymətləndirilirdi. O vaxt üçün Macarıstanın ən varlı adamı idi. 2006-cı ildə onun aktivləri 80 milyard təşkil etmişdi, bununla da iki il ərzində sərvətini dörd qat artırdı. 2003-cü ildə o, Macarıstan elminin inkişafına verdiyi töhfələrə və mədəniyyət və incəsənət nailiyyətlərinə görə təqdim olunan Prima Primissima Award mükafatını təsis etdi.

2012-ci ildə xeyriyyəçilik üçün böyük bir ianə etdi.

2014-cü ildə Demyan, yaşına görə təqaüdə çıxmaq məcburiyyətində qaldığını bildirdi. Elə həmən il Macarıstanda ən nüfuzlu altıncı şəxs olaraq tanıdıldı.

26 mart 2018-ci ildə 74 yaşında vəfat etdi.

İstinadlar

Kateqoriya:Macarıstan iş adamları