Eyyub Şirin oğlu Xanbudaqov () — Azərbaycan Fövqəladə Komissiyasının sədri, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi.

Həyatı Eyyub Xanbudaqov 1893-cü ildə Gəncədə (Yelizavetpol quberniyasında) anadan olub. Müstəqil həyata 1909-cu ildən başlayaraq Kaspi donanması gəmilərinin birində matros, 1913-cü ildə Bakı dənizçilik məktəbini bitirərək kapitan köməkçisi vəzifəsində çalışır. 1915-ci ildən Xanbudaqov inqilabi hərəkatda fəal iştirak etməyə başlayır. 1918-ci ildə Kommunist partiyası sıralarına qəbul edilir. O, hümmətçi bolşevik idi. Azərbaycan sovetləşəndən sonra Ə. Xanbudaqov Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin edilir. 1921-ci ilin mart ayında Ə. Xanbudaqov RK(b)P X qurultayında iştirak edir. Elə qurultayda onu Kronştatda başlamış "əks-inqilabi" qiyamın ləğv edilməsi üçün göndərirlər. 1921-ci ilin may ayında Azərbaycanda ərzaqla təchizat məsələsi ağır olduğundan Xalq Komissarlar Şurası nəzdində üç nəfərdən ibarət yaranmış səlahiyətli komissiyanın tərkibinə daxil olur. 1921-ci ildə ÜİMİK üzvü seçilir. Sonralar o, Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının sədri, 1922-ci ilin əvvəlindən AHİŞ sədr müavini, 1922-ci il martında isə AK(b)P MK katibi seçilir (N. Nərimanovun köməkliyi ilə) 1936-cı il dekabrın 19-da millətçilikdə ittiham edilərək Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunmuşdur.

1937-ci ilin 23 iyul tarixində SSRİ XDİK-nın xüsusi iclasında 5 il azadlıqdan məhrum edilən E. Xanbudaqov SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının səyyar iclasının 12 oktyabr 1937-ci il tarixli qərarı ilə ölüm hökmünə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin 1957-ci il 26 dekabr tarixli qərarına əsasən E. Xanbudaqova bəraət verilmişdir

Məqalələri 1920-ci illərdə Ə. Xanbudaqov bir sıra maraqlı məqalələr yazır: "Təxirə salınmaz vəzifə (respublikada statistik hesabat işinin quruluşuna dair)", "Azərbaycanda bizim ən yaxın vəzifələrimiz", "Beş il ərzində", "Təxirəsalınmaz məsələ", "Milli məsələyə dair" və s.

İstinadlar

Mənbə http://www.azerbaijan.az/_StatePower/_MinistersCabinet/ministersCabinet_11_a.html#5 http://www.mns.gov.az/khanbudagovayyoub_az.html

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları rəhbərləri Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:RK(b)P-nin XIII konfransının nümayəndələri Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar